KitabYurdu » Kitab » Dərslik » Büdcə Sistemi (Dərslik)


Şeçilmişlər Büdcə Sistemi (Dərslik)

Büdcə Sistemi (Dərslik) PDF
ADI:
Büdcə Sistemi (Dərslik)
REYTİNQ:
  • +9
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
1.95 Mb
Hər bir dövlətin iqtisadi sistemi istehsalın sabit inkişafını və əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin etməlidir. Sabit iqtisadiyyat isə güclü dövlətin başlıca təminatçısıdır. Bu baxımdan ölkənin bir çox problemlərinin həll edilməsində, iqtisadiyyatın davamlılığının möhkəmləndirilməsində, onun inkişafına zəmin yaradılmasında, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsində maliyyə sistemin, onun əsas həlqəsi olan büdcə sisteminin rolu olduqca böyükdür. Büdcə sistemi dövlətin mühüm təsisatlanndan biridir. Büdcə vasitəsilə səfərbərliyə alınan maliyyə resurslan dövlət hakimiyyət orqanlarının funksiya və vəzifələrinin yerinə yetirilməsini təmin edir. Bu mənada büdcə sistemi iqtisadi və sosial proseslərin, cəmiyyət üzvlərinin mənafelərinin tənzimlənməsini həyata keçirməyə imkan verir. Büdcə - dövlətin güzgüsüdür, onun iqtisadi, sosial və siyasi durumunun əsas meyarıdır. Təcrübə göstərir ki, dövlətin səmərəli maliyyə - büdcə sisteminin mövcudluğu cəmiyyətin mənəviyyatına, əxlaqına və mədəni səviyyəsinə müsbət təsir göstərir. Azərbaycan Respublikasının büdcə sistemi AR-nın dövlət büdcəsindən, Naxçıvan MR-nın büdcəsindən və yerli (bələdiyyə) büdcələrdən ibarətdir. Azərbaycan Respublikasının dövlət büdcəsi — ölkənin büdcə sisteminin başlıca həlqəsi olmaqla, AR-nın Milli Məclisi tərəfindən qanun formasında təsdiq edilən əsas maliyyə planıdır. Dövlət büdcəsi ölkənin maliyyə resurslarının əsas hissəsini özündə mərkəzləşdirir, AR-sı Hökümətinin gəlir və xərclərini özündə əks etdirir. Dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi üzrə iqtisadi münasibətləri ifadə edir. AR-nın Milli Məclisi və Höküməti dövlət büdcəsinin əsas göstəricilərini, hər şeydən əvvəl büdcə xərclərini dəyişdirmək yolu ilə ölkədə iqtisadi vəziyyətə təsir edərək daha əhəmiyyətli dövlət problemlərini həll edə bilər. Dövlət büdcəsinin xərcləri pul vəsaiti fondunun bölüşdürülməsi və istifadəsi üzrə dövlət ilə təsərüffat subyektləri və fiziki şəxslər arasında iqtisadi münasibətləri ifadə edir. İqtisadi proseslərə dövlətin təsiri imkanlarının məhdud olduğu bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsinin mühüm alətlərindən biri kimi büdcə sisteminin əhəmiyyəti durmadan artır. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, inkişaf proqramlarının həyata keçirilməsi büdcə sistemindən bilavasitə asılıdır. Məhz bu da büdcə sisteminin iqtisadiyyatda yeri və rolunu müəyyən edir. Azərbaycanın bir çox ali məktəblərində “Maliyyə və kredit” və digər ixtisaslar üzrə iqtisadçı kadrlar hazırlanır. Həmin ali məktəblərin tədris planlannda xüsusi baza fənni kimi “Büdcə sisteminin” öyrənilməsi nəzərdə tutulur. Bu isə “Büdcə sistemi” fənninin cəmiyyətimiz üçün ixtisaslı iqtisadçı kadr hazırlığı prosesində əhəmiyyətini şərtləndirir və zərurətə çevirir. Bu mənada büdcə sisteminin fəaliyyəti ilə əlaqədar problemləri araşdırmaq və lazımı nəticələr çıxarmaq olduqca əhəmiyyətlidir. Büdcə sistemi dövlət maliyyəsinin tərkib hissəsi olmaqla, ölkədə maliyyə - büdcə siyasətinin təkmilləşməsi onun da dəyişməsinə, funksiyalarının genişlənməsinə gətirib çıxanr. Bu dəyişikliklər isə dərsliyin strukturunda, məzmununda və onun hər bir fəslində öz əksini tapmışdır. Azərbaycan Respublikasının iyirmi illik müstəqilliyi dövründə maliyyə - büdcə sferasında əhəmiyyətli inkişafa nail olunmuşdur. Araşdırmalar göstərir ki, hazırda AR-nın büdcə sistemi bir çox xüsusiyyətlərinə görə əvvəlki dövrlərdə olduğundan ciddi surətdə fərqlənir. Belə ki, AR-nın dövlət büdcəsinin gəlirləri 2000-2011-ci illər ərzində 21,8 dəfə artaraq 714,6 mln. manatdan 15554,8 mln. manata çatmış, xərcləri isə müvafiq olaraq 764,0 mln. manatdan 15941,2 mln. manatadək yüksəlmiş və ya 20,9 dəfə artmışdır. Dövlət büdcəsinin dinamik inkiafı onun ÜDM-də xüsusi çəkisinin artmasına və büdcə kəsirinin azalmasına səbəb olmuşdur. “Büdcə sistemi” tədris fənninin digər elmi fənnlər kimi öz predmeti vardır. Ölkənin büdcə sisteminin bütün səviyyələrində gəlir və xərclərin fonnalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar maliyyə (iqtisadi) münasibətlər sistemi onun predmetini təşkil edir. Dərslik - mövzuların bölgüsü “Büdcə sistemi” fənnin öyrənilməsinin məntiqi ardıcıllığına uyğun gələn dörd bölmədən ibarətdir. Birinci bölmədə -“Büdcə və büdcə sisteminin təşkilatı - hüquqi əsaslan”- dövlət büdcəsinin iqtisadi mahiyyəti və roluna, büdcə quruculuğu və büdcə sisteminin fonnalaşmasına, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının büdcə hüquqlanna, büdcə təsnifatı, onun tərkibi və təyinatına xüsusi diqqət yetirilir. İkinci bölmə - “Azərbaycan Respublikasının büdcə sisteminin strukturu”na həsr edilmişdir. Burada Azərbaycan Respublikasının dövlət büdcəsinin iqtisadi əhəmiyyəti və qanunvericilik əsaslan, dövlət büdcəsi gəlirlərinin və xərclərinin tərkibi və quruluşu, büdcə kəsiri və onun örtülməsi mənbələri, Azərbaycan Respublikasının icmal büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli (bələdiyyə) büdcələrin formalaşması xüsusiyyətləri faktiki materiallar əsasında araşdırılır. Üçüncü bölmədə - “Azərbaycan Respublikasının büdcə sisteminin gəlirləri və xərcləri”indən bəhs edilir. Burada ilk növbədə büdcə gəlirlərinin formalaşması təhlil olunur, bütün növ vergi və rüsumlar, qeyri - vergi gəlirləri ətraflı xarakterizə edilir. Bu bölmədə büdcənin xərcləri sistemi nəzərdən keçirilir, büdcə sisteminin idarəetmə, milli müdafiə, hüquq mühafizə və dövlətin təhlükəsizliyinin təmin edilməsi xərclərinin xüsusiyyətləri araşdırılır. İqtisadiyyat sahələrinin himayəsi və inkişafına, elmə, sosial sferaya, dövlət borclarına xidmət xərcləri, ölkə subyektlərinə və bələdiyyə qürumlarına dövlət maliyyə dəstəyi problemləri aynca tədqiq edilməklə, büdcədənkənar dövlət fondlannın təşkili və xüsusiyyətlərinə geniş yer verilir. Dördüncü bölmə - “Azərbaycan Respublikasında büdcə prosesinin təşkili əsaslan”na həsr edilmişdir. Burada büdcə prosesinin bütün mərhələlərinə - tərtibi, müzakirəsi, təsdiqi, icrası və icrasına nəzarətə diqqət yetirilməklə, icmal maliyyə planlaşdırılması və büdcə proqnozlaşdırılması, büdcə prosesinin təkmilləşdirilməsi və s. məsələlər araşdınlır. Dərslikdə dövlət və bələdiyyə büdcə - maliyyə nəzarətinin rolu və əhəmiyyətinə aynca fəsil həsr edilmişdir. Kitabda şərh edilən materiallar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali ixtisas təhsilinin Dövlət standartının və “Büdcə sistemi” fənninin mövcud proqramının tələbləri nəzərə alınmaqla şərh edilir. Müəlliflər dərsliyin hazırlanmasında AR-nın Konstitusiyasından, Vergi Məcəlləsi, fəaliyyətdə olan qanun və qərarlardan, büdcə münasibətləri ilə əlaqədar digər sənədlərdən və hüquqi normalardan, statistik göstəricilərdən geniş istifadə etmişlər. Tədris materiallarını daha yaxşı mənimsəmək üçün xeyli sayda cədvəl və sxemlər tərtib və təhlil etmişlər. Oxuculara təqdim olunan “Büdcə sistemi” dərsliyi təbiidir ki, nöqsanlardan xalı deyildir. Dərsliyin məzmunu və və strukturunun yaxşılaşdırılması ilə əlaqədar hər bir təklif və tövsiyyələr minnətdarlıqla qəbul ediləcəkdir.