KitabYurdu » Kitab » Dərslik » İdarəetmə psixologiyası


Şeçilmişlər İdarəetmə psixologiyası

İdarəetmə psixologiyası PDF
ADI:
İdarəetmə psixologiyası
REYTİNQ:
  • +36
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
1.82 Mb
Dars vəsaitində idarəetmə fəaliyyətinin sosial-psixoloji qanunauyğunluqları ilə bağlı mövzular yerləşdirilmişdir. Bu mövzularda idarəetmənin nəzəripsixoloji problemləri, idarəetmədə insan amilinin yaradıcı, tənzimləyici və sistemləşdirici funksiyalan, təşkilatın idarə olunmasının sosial-psixoloji problemləri şərh olunmuşdur. Vəsaitdə idarəetmə problemlərinin kompleksli həllində “İdarəetmə psixologiyası”nın rolu və müasir elmlərlə onun qarşılıqlı əlaqəsi, idarəetməyə psixoloji yanaşmanın xüsusiyyətləri göstərilmişdir. “İdarəetmə psixologiyası” idarəetmə problemlərinə insan amilinin mənəvi-psixoloji prizmasından yanaşır, idarəetmə fəaliyyətinin rəhbərin yaradıcı fəallığından, şəxsi və peşə keyfiyyətlərindən, onun fərdi idarəetmə konsepsiyasından və fərdi idarəetmə üslubundan nə dərəcədə asılı olduğunu öyrənir. Dərs vəsaitindən müəllimlər, bakalavr pilləsində oxuyan tələbələr, rəhbər kadrların ixtisasının artırılması və təkmilləşdirilməsi fakültəsinin müdavimləri, həmçinin praktiki idarəetmə fəaliyyəti ilə məşğul olan rəhbər işçilər, kadrlarla iş üzrə mütəxəssislər və idarəetmənin mənəvi-psi.xoloji problemləri ilə maraqlanan geniş oxucu auditoriyası istifadə edə bilərlər.
Cəmiyyətin idarəetmə sistemində müasir tələblərə cavab verən yüksək ixtisaslı milli idarəetmə kadrlarına olan ehtiyacı təmin etmək üçün 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılmışdır. İdarəetmə kadrlannın təhsilində idarəetmənin elmi əsaslannın, peşə biliklərinin tədrisi ilə yanaşı, kadrların humanitar hazırlığına, o cümlədən onların mənəvi-psixoloji hazırlığına xüsusi əhəmi}ryət verilir. Təsadüfü deyildir ki, idarəetmə kadrlarının təhsilində “İdarəetmə psixologiyasf’nm tədrisinə geniş yer ayrılmışdır. İdarəetmə kadrlarının hazırlanmasında psixoloji biliklərin tədrisi üçün Akademiyanın fəaliyyəti müddətində, müəllifin “İdarəetmə psixologiyası” fənninin tədrisi prosesində əldə etdiyi təcrübə və müşahidələri, o cümlədən, müxtəlif elmi-nəzəri mövqedən yazılmış dərs vəsaitləri, beynəlxalq təcrübə nəzərə alınaraq İdarəçilik Akademiyasının profilinə uyğun gələn dərs vəsaitinin daha optimal variantının hazırlanmasına səy olunmuşdur. Vəsaitdə psixologiya elminin mühüm tətbiqi sahəsi olan “İdarəetmə psixologiyası”nın nəzəri-metodoloji problemləri, metod- lan, əsas anlayışları, idarəetmədə tətbiq olunan metodoloji yanaşmalar, idarəetmə problemlərinə psixoloji yanaşmanın xüsusiyyətləri, idarəetmə funksiyalarının həyata keçirilməsində psixoloji amillərin rolu, idarəetmə problemlərinin həllində istifadə olunan psixoloji üsulların xüsusiyyətləri şərh olunmuşdur. İdarəetmə fəaliyyətinə psixoloji yanaşma, idarəetmə problemlərinə insan amilinin mənəvi-psixoloji prizmasından baxmağa və idarəetmə fəaliyyətinin özünəməxsusluğunu izah etməyə imkan verir. Rəhbərə xas olan fərdi idarəetmə üslubu, idarəetmə fəaliyyətinin inteqrativ sosial-psixoloji xarakteristikası olub, onun idarəetmə funksiyalarını yerinə yetirməsinin optimal üsulu kimi çıxış edir. Müasir idarəetmə təcrübəsi belə bir fikri təsdiqləyir ki, idarəetmə fəaliyyətinin səmərəliliyi idarəetmə sisteminin əsas elementi olan insan amilinin yaradıcı potensialından necə istifadə olunmasından və idarə olunan təşkilatda insani münasibətlərin tənzimlənməsindən çox asılı olur. Müasir dövrdə cəmiyyətin həyatının müxtəlif sahələrinin, o cümlədən, idarəetmə sisteminin demokratikləşməsi, təşkilatların idarə olunmasında insan amilinin rolunu daha da artırmışdır. Bütün bunlar idarəetmənin sosialpsixoloji problemlərinin və idarəetmənin humanist mahiyyətinin öyrənilməsinə marağın artmasına səbəb olmuşdur.