KitabYurdu » Kitab » Dərslik » Filip Kotler - Marketing menecment


Şeçilmişlər Filip Kotler - Marketing menecment

Filip Kotler - Marketing menecment PDF
ADI:
Marketing menecment
REYTİNQ:
  • +16
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
4.77 Mb
Bu kitabda marketinqin tanınmış klassiki Filip Kotler özünün ən məşhur əsəri olan «Marketinq menecment»in ən əhəmiyyətli və maraqlı mövzularını qısa formada təqdim etmişdir. Müəllif əsərin tamılığını və tutumluluğunu, dilin canlılığını və obrazlılığını saxlaya bilmişdir.
Mətnin yığcamlığı bu kitabı ali məktəblərin tələbələrinə təqdim etməyə imkan verir, bundan başqa, kitab marketinq haqqında hər şeyi bilmək istəyən, lakin «Marketing management. Millenium edition»nın tam variantı ilə tanış olmaq üçün vaxtı olmayanlara da böyük kömək göstərəcək.
Filip Kotler Rusiyada artıq uzun illərdir ki, tanınır və xüsusi təqdimata ehtiyac duymur. Onun marketinq menecment konsepsiyası əsaslılıq və çoxcəhətliliklə xarakterizə olunur. Mütəxissilərin xarici modellərinin və idarəetmə metodlarının praktiki qiymətliliyinə qarşı olan skeptisizminə və iradlarına baxmayaraq, onun ideyaları geniş kütlə tərəfindən yüksək tələbatla qarşılanır.
F. Kotlerin kitablarının məşhurluğu, hər şeydən əvvəl, marketinqin əsas anlayışları və strategiyalarının tərdricən Azərbaycanda da məşhurlaşan xarici kompaniyaların nümunələrinin təsvir edilməsi əsasında asan və başa düşülən şəkildə izah edilməsi ilə əlaqədardır. Klassik «Marketinq mencment» kitabının qısa versiyası özündə tanınmış dərsliyin yüksək səviyyəli variantını əks etdirir, həcmin yığcamlığı isə potensial oxucuları qorxutmur.
Yüksək səviyyə və kiçik həcm ekspress-kursun yeganə üstünlükləri deyil. Kitab marketinqin təcrübi fəaliyyətində və nəzəriyyəsində baş verən tendensiyalara müvafiq olaraq, müxtəlif elmi nailiyyətlərin nəzərə alınması ilə müntəzəm olaraq yeniləşir.
Yeni nəşr, F. Kotler tərəfindən e-biznes sahəsinə verilən diqqətin artması cəhətindən sabiq nəşrlərdən fərqlənir. İnternet-biznes təkcə yeni texnologiya demək deyildir, o, həm yeni təşkilatı qərarlar və strategiyalar, həm də yeni əmtəə və xidmətlərin təklif edilməsi deməkdir (F. Kotlerin fikrincə, bu, «yeni iqtisadiyyatdır»). Yeni mühit bazar qarşılıqlı təsirləri üçün təkcə yeni şəraitlər yaratmır, həmçinin mövcud qərar və strategiyaların tətbiq sərhədlərini də genişləndirir. Yeni iqtisadiyyat müasir texnologiyalar əsasında istehlakçıları göstərilən xidmətləri yeni keyfiyyət səviyyəsinə yüksəltməyə imkan verir, yeni imkanların təsiri altında istehlakçıların gözləmə səviyyələri dəyişir. Yeni iqtisadiyyat üçün kompaniyanın təkliflərinin onun tələbatlarına adaptasiya olunmasını təbii hesab edən yeni istehlakçı xarakterikdir. Ancaq bu virtual istehlakçı real həyatda yaşayır və real iqtisadiyyata yeni standartlar gətirir. Buna görə də, yeni tendensiyalar qərar və strategiyaların qiymətləndirilməsi kriteriyalarına düzəlişlər daxil edərək ənənəvi biznesə də öz təsirlərini göstərirlər. Yeni iqtisadiyyat bir çox marketinq alətlərinin təkmilləşdirilməsinə gətirib çıxarır, buna görə də, müəllif tərəfindən daxil edilən düzəlişlər əlavə başlıqlarla bitmir. F. Kotler yeni texnologiyaların hərtərəfli təsirini qeyd etmək məqsədilə dəfələrlə bu mövzuya qayıdır.
Ekspress-kursu universal kitab hesab etmək olar, çünki o, müasir dünya tendensiyaları axınında marketinq prinsipləri üzrə idarəetmənin əsaslarını təqdim edir, həmçinin bu zaman tətbiqi məsələlərdə yaradıcılıq və praktiki məsələlər üçün geniş yol açır ki, bu da tədris kursunu müxtəlif marketinq situasiyalarına adaptasiya etdirməyə imkan verir.