KitabYurdu » Kitab » Dərslik » Biznesdə insan resurslarının idarə edilməsi (dərslik)


Şeçilmişlər Biznesdə insan resurslarının idarə edilməsi (dərslik)

Biznesdə insan resurslarının idarə edilməsi (dərslik) PDF
ADI:
Biznesdə insan resurslarının idarə edilməsi
REYTİNQ:
  • +12
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.6 Mb
Yer üzündə bütün maddi və mənəvi mədəniyyətin, ictimai formaların yaradıcısı və müəyyən edicisi insandır. İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda əldə edilənlərin vəhdətindən ibarət canlı bir sistemdir. İnsanı istiqamətləndirən, onu iş həyatı və təbii mühit ilə bağlayan onun dünyagörüşü, mənəvi siması və təhsilidir. İnsan həyatının məqsədi və mənası sosial ideyalar və fəaliyyətlərlə sıx əlaqədardır. Bəşəriyyət yaranandan bu günədək insanlar maddi istehsal, təsərrüfat fəaliyyəti, əmək prosesi, mülkiyyət, əmtəə mübadiləsi, maddi nemətlərin bölgüsü, istehsalın idarə edilməsi və s. haqqında müəyyən biliklər əldə etmiş, onları təkmilləşdirmiş və inkişaf etdirmişlər. İstehsal münasibətləri, insani münasibətlər və maddi nemətlər, bütövlükdə insanlar arasında yaranan əməkdaşlıq və ya qarşılıqlı yardım, ağıl və ya tabelilik münasibətləri sistemidir. Elmi-texniki nailiyyətlər sürətləndirilir, yeni-yeni istehsal sahələri, texnoloji sistem meydana gəlir. Köhnə istehsal münasibətləri yeni məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun gəlmir. Köhnə istehsal münasibətləri yeniləşən məhsuldar qüvvələrin inkişafı amilindən çıxır. İnsan resurslarının idarəedilməsi istiqamətində həyata keçirilən bütün fəaliyyətlər insanlığın inkişaf mərhələləri ilə paralel olaraq bu günə qədər öz fəallığını qoruyub saxlamışdır. İnkişaf etməkdə olan mühit, müəssisə və təşkilat rəhbərlərini gələcəkdəki dəyişiklikləri və qeyri-müəyyən vəziyyətləri nəzərə alaraq daha tədbirli və düzgün qərarlar verməyə çağırır. Onlar indi daha çox bazar, keyfiyyət, cavabdehlik və idarəedi- cilik fenomenlərinə diqqət etməlidirlər. Bir çoxlarını maraqlandıran bəzi suallar vardır: necə etməliyik? Hansı yollarla fəaliyyət göstərməliyik? Müəssisələr hal-hazırda qloballaşmanın mövcud olduğu bir dövrdə, ölkə xaricində və daxilində öz rəqabət gücünü artırmaq məcburiyyətindədirlər. Rəqabət gücü isə, istehsal səviyyəsini və keyfiyyəti artırmaq, xərcləri azaltmaqla mümkün olur. Bunları həyata keçirmək isə insan resurslarına bağlıdır. Əmək fəaliyyətinin, insanların və ya ətraf mühitin idarə edilməsindən asılı olmayaraq, idarəetmə böyük əqli qabiliyyət tələb edir. Təşkilatın idarə edilməsi baxımından biznesdə insan resurslarınm idarə edilməsi, onların işindən maksimum yüksək nəticələr əldə edilməsi deməkdir.