Bazar iqtisadiyyatında rəqabət mühitinin varlığı ilə şərtləndirilmiş keyfiyyət problemlərinə böyük diqqət yetirilir. Həyata keçirilən üsullar üzrə rəqabət, qiymətin aşağı salınması yolu ilə rəqiblərin sıxışdırıİması və qeyri-qiymət rəqabətinə bölünür ki, nəticədə elə həmin qiymət daha yüksək keyfiyyət parametləri ilə xidmət kompleksi malları üçün təklif olunur. Bu da marketinq terminincə "müşayət olunan mal" deməkdir, belə ki, istehlakçını yalnız keyfiyyət cəlb edə bilər. Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə rəqabət mübarizəsi keyfiyyətin yüksəldilməsi proqramının işlənilməsini şərtləndirmişdir, Elmi araşdırmalarda və praktikada şirkətlərin məhsullara uyğunluq sertifikatları ilə təsdiqlənmiş zəruri keyfiyyət xüsusiyyətləri ilə məhsul istehsal etmək bacarıqlarının qiymətləndirilməsi üçün obyektiv göstəricilərin işlənilməsi zərurəti yarandı. Bir çox istehsalçı şirkətlər beynəlxalq standartlara müvafiq gələn keyfiyyət sistemlərinə malikdirlər. Müasir şəraitdə məhsul çıxarılmasına müqavilənin bağlanılması üçün məhz keyfiyyət sisteminə sertifikat həlledici amil rolunu oynayır. İstehlakçıya keyifıyyətli məhsulun uğurla realizə edilməsinin əsas mənbəyi hər bir müəssisənin mövcudluğudur. Bir çox xarici şirkətlərin tarixi buna parlaq nümunədir. Lakin, məhsullarının key- fıyyətsizliyindən uğursuzluğa uğrayan şirkətlər də az deyildir. Keyfiyyətin idarə edilməsi məsələlərinə müxtəlif ölkə alimlərinin tədqiqatları həsr olunmuş, keyfiyyət menecmenti sahəsində əhəmiyyətli təcrübə toplanılmışdır. Buna görə də bu sahədə nəzəriyyə və praktikanın əsas müddəalarını ümumiləşdirmək vacibdir. "Keyfiyyətin idarə edilməsi" fənni iqtisadiyyat və menecment sahəsində mütəxəsisslərin hazılanması standartlarına da- xildir. Onun əhəmiyyəti keyfiyyətin bazar iqtisadiyyatında oynadığı rolla izah edilir. Bazar iqtisadiyyatında istehsalçı və istelakçı bir-birini qarşıladıqda onların motivasiyaları maliyyə uduşlarına və istehlak effektinin maksimumuna əsaslanır. Bu zaman əsas fiqur olaraq istehlakçı müxtəlif istehsalçıların ən yaxşı malları arasında seçki edir. Öz arzusu ilə mal və xidmətlər əldə edərək istehsalın inkişaf istiqamətini müəyyənləşdirir, bununla da nəyi, hansı istehlak xüsusiyyətləri ilə istehsal etməyi göstərir. Keyfiyyət problemi haqqında danışarkən qeyd etmək lazımdır ki, bu anlayışın arxasında həmişə istehlakçı dayanır. Məhz o, malın ən müvafiq istehlak xüsusiyyətlərini seçir. Keyfiyyət - bazar iqtisaliyyatı şəraitində bir nömrəli məsələdir. Məhz keyfiyyət menecmentinin müasir metodlarının köməyi ilə qabaqcıl xarici şirkətlər müxtəlif bazarlarda lider mövqelərinə nail olmuşlar. Azərbaycan müəssisələri keyfiyyət menecmentinin müasir metodlarının tətbiqi sahəsində hələlik geridə qalırlar. Buna əsasən keyfiyyətin yüksəldilməsi doğrudan da özündə nəhəng imkanlar yaradır. Lakin keyfiyyətin yüksəldilməsinin bütün səviyyələrində keyfiyyətə münasibət dəyişdirilməsə mümkün deyildir. Bəzi rəhbərlər keyfiyyətə həyat tərzi kimi yanaşmasalar keyfiyyətin yüksəlməinə nail ola bilməz. Keyfiyyət və effekt arasında istehsalatda birbaşa əlaqə mövcuddur. Keyfiyyətin yüksəldilməsi xərclərin azalmasına və bazar payının artmasına gətirib çıxaracaq istehsalın effektivliyinin artmasına yardım edir. Buradan da "Keyfiyyətin idarə edilməsi" fənninin praktiki olaraq bütün texniki və sosial-iqtisadi fənlər ilə əlaqəsi, həmçinin onun fasiləsiz dolğunlaşması və keyfiyyətin idarə edilməsi prosesi haqqında yeni biliklərlə mənimsənilməsi meydana çıxır. Kursda hazırkı zamanda keyfiyyətin idarə edilməsi nəzəriyyəsinin və praktikasının nailiyyətləri ümumiləşdirilir, Azərbaycanda keçid iqtisadiyyatı şəraitində inkişaf etmiş bazar iqtisadiyyatına malik dövlətlərin təcrübələrindən istifadə etmək üzrə məsləhətlər verilir. Keyfiyyətin təminatı metodlarının təkamülü izlənmiş, keyfiyyətin idarə olumasmın metodoloji əsasları Azərbaycan və beynəlxalq standartlarna uyğun olaraq keyfiyyətə tələblər şərh edilmiş, sertifikasiyanın rolu göstərilmişdir.