KitabYurdu » Kitab » Dərslik » İqtisadi İnformatika Fənni Üzrə Dərs Vəsaiti


Şeçilmişlər İqtisadi İnformatika Fənni Üzrə Dərs Vəsaiti

İqtisadi İnformatika Fənni Üzrə Dərs Vəsaiti PDF
ADI:
İqtisadi informatika
REYTİNQ:
  • +45
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
3.97 mb

İnformasiya və kompüter texnologiyalarının cəmiyyətin müxtəlif sahələrinə müdaxiləsi informatikanın istiqamətlərinin şaxələnməsinə səbəb olmuşdur. İnformatikanın tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsusi ehtiyac yarandığından informatika ilə iqtisadiyyatın müxtəlif istiqamətli qarşılıqlı əlaqələrinin öyrənilməsi məqsədilə İqtisadi informatika fənni formalaşdı. İqtisadi informatika iqtisadiyyatın müxtəlif sahələrində iqtisadi məsələlərin həllində səmərəli qərarların qəbul edilməsi zamanı kompüter texnologiyalarının tətbiqi imkanlarının mənimsənilməsinə kömək edir. Dərs vəsaiti cəmiyyətdə informasiyanın emalı prosesini həyata keçirən kompüter texnologiyalarının aparat və proqram təminatının nəzəri və praktiki bölmələri ilə tanış olmağa imkan verir. Nəzəri hissədə İqtisadi informatikanın nəzəri əsasları; Sistem və alqoritm anlayışı; İqtisadi informasiya sisteminin əsas komponentləri; İnformasiyanın emalının texniki vasitələri; Fərdi kompüterlərin əsas xarakteristikası və tətbiq sahələri; Fərdi kompüterin daxili və xarici qurğuları; Fərdi kompüterin yaddaş qurğuları; Fərdi kompüterdə informasiyanın kodlaşdırılması və yaddaşda təsviri; Fərdi kompüterin proqram təminatı; Əməliyyat sistemləri; Windows 7 əməliyyat sistemi; Kompüter şəbəkələri; İnternet texnologiyaları; Verilənlər bazası texnologiyasının əsasları və s. mövzuları əhatə etməklə 18 bölmədən ibarətdir. I bölmədə iqtisadi informatikanın nəzəri əsasları mövzusuna baxılmışdır. Burada İqtisadi informatikanın obyekti, mahiyyəti və predmeti müəyyənləşdirilmişdir. Verilən informasiya, bilik anlayışı və onların əsas xassələri araşdırılmışdır. İnformasiyanın emalı prosesi nümunələrlə təsvir olunaraq daha sadə izahı verilmişdir. İqtisadi informasiya anlayışı və onun struktur təhlilinə geniş yer verilərək, iqtisadi informatikanın inkişaf tarixi mərhələlər üzrə təhlil olunmuşdur. 4 II bölmədə sistem və alqoritm anlayışlarının təhlili aparılmışdır. Sistemin əsas xarakteristikaları, alqoritmin əsas xassələri, onun təsvir üsulları və tiplərinin tam, anlamlı şəkildə izahı verilmişdir. III bölmədə informasiya sisteminin strukturu və tətbiq sahələri, əsas komponentləri: funksional komponentlər; verilənləri işləyən sistemin komponentləri; təşkilati komponentlərin geniş şəkildə izahı təsvir olunmuşdur. IV bömədə informasiyanı emal edən texniki vasitələr, kompüterlərin inkişaf tarixi, onların təsnifat sinifləri: super kompüterlər; meynfreymlər; mini kompüterlər; mikro-kompüterlər haqqında məlumat verilmişdir. Con Fon Neyman arxitekturası əsasında yaradılmış Elektron hesablama maşınlarının funksionallığı və iş prinsipləri haqqında məlumat verilmişdir. V bölmədə fərdi kompüterin əsas xarakteristikalarına: işləmə sürəti, yaddaş tutumu, hesablama dəqiqliyi, əmrlər sistemi, qiyməti və iş etibarlılığına baxılmışdır. Həmçinin fərdi kompüterlərin tətbiq sahələri araşdırılmış, maliyyə, kargüzarlıq, sənaye, elm, səhiyyə, təhsil və başqa sahələrdə kompüterin əvəzsiz rolu göstərilmişdir. VI bölmədə fərdi kompüterin əsas və xarici qurğuları haqqında məlumat verilmişdir. Fərdi kompüterin əsas qurğuları sistem bloku, monitor, klaviatura və mausun funksional imkanları və iş prinsipi ayrı-ayrılıqda təhli olunmuşdur. Bundan əlavə xarici qurğuları giriş-çıxış qurğularına ayırmaqla onun növləri, iş rejimləri təsvir edilmişdir. VII bölmədə kompüterin yaddaş qurğuları haqqında məlumat verilmişdir. Yaddaş qurğularının növləri və onların əsas xaraketristikaları və funksiyaları göstərilmişdir. VIII bölmədə fərdi kompüterdə informasiyanın kodlaşdırılması, ASCII və Unicode standartları haqqında məlumat verilmiş, bu standartların əsas xarakteristikaları təyin edilərək, müqayisəli şəkildə təhlil olunmuşdur. IX bölmədə proqram təminatının tərkib hissələrinin ayrıayrılıqda geniş şəkildə izahı verilmişdir. 5 X bölmədə əməliyyat sisteminin işləmə prinsipi və funksiyaları təhlil edilmişdir. MSDOS, WİNDOWS, UNİX, LİNUX və s. əməliyyat sistemləri haqqında məlumat verilərək, ƏS-nin inkişaf tarixi, onların işləmə prinsipi, proqramların, yaddaşın, fayl sisteminin idarə edilməsi qaydaları göstərilmişdir. XI bölmədə Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri, interfeysi və işçi masa haqqında məlumat verilmişdir. Windows 7-də fayllar və qovluqlarla əməliyyatlar, çox istifadəçili rejimdə işləmə, işçi masada qacetlər (mini proqramlar) və nişanlar haqqında məlumat verilmiş, onlardan istifadə təlimatları göstərilmişdir. XII bölmədə kompüter şəbəkələrinin texniki və proqram vasitələri araşdırılaraq, təsnifat sxemi verilmişdir. OSİ modelinin səviyyələr üzrə təhlili açıqlanaraq, informasiya ötürülməsi prosesi göstərilmişdir. XIII bölmədə İnternet şəbəkəsinin yaranma tarixi və inkişafı haqqında məlumat verilmişdir. İnternetin əhəmiyyəti və onun xidmətləri haqqında geniş məlumat verilmişdir. Sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə istifadə edilən protokollar, internet resurslarına müraciət edən proqramlar – brauzerlər haqqında məlumat verilmişdir. XIV bölmədə verilənlər bazası texnologiyalarının əsasları və konsepsiyası təhlil olunmuşdur. Verilənlər bazasının əsas anlayışları, predmet sahəsinin təyini və modelləşdirilməsi, verilənlərin modelləri təsvir olunmuşdur. XV bölmədə iqtisadi məsələlərin kompüterdə həlli texnologiyaları haqqında məlumat verilmişdir. Bu bölmədə modelləşdirmə anlayışı və onun instrumental vasitələri, iqtisadiriyazi modelləşdirmə vasitələri geniş şəkildə təhlil olunmuşdur. XVI bölmədə maliyyə və mühasibat uçotu sahələrində iqtisadi informasiyanın işlənməsinin avtomatlaşdırılması texnologiyaları təhlil edilmişdir. Maliyyə və mühasibat uçotunun avtomatlaşdırılması zəruriliyi və bu sahələrdə iqtisadi informasiyanın işlənməsində informasiya texnologiyalarının rolunun üstünlüyü və zəruriliyi qeyd edilmişdir. Maliyyə və mühasibat 6 uçotunun avtomatlaşdırılması üçün proqram təminatları və hazırlanması prinsipləri öz əksini tapmışdır. XVII bölmədə marketinq və menecment sahələrində iqtisadi informasiyanın işlənməsinin avtomatlaşdırılması texnologiyaları təhlil edilmişdir. XVIII bölmədə sənayedə və iqtisadiyyatda informasiyanın işlənməsinin avtomatlaşdırılması texnologiyaları təhlil edilmiş, iqtisadi informasiyanın işlənməsinin avtomatlaşdırılması səviyyəsi, sənayedə və iqtisadiyyatda AİY-nin yaradılmasının əsas prinsipləri, AİY-nin təşkilində şəbəkə texnologiyalarının rolu qeyd edilmişdir.