Dərslikdə dünyada inkişafı intensiv xarakter alan yeni elmi sahə iqtisadiyyatda material axınlarının təşkili və idarə edilməsi prosesləri haqqında nəzəri və praktiki biliklər verən logistika sistemli şəkildə göstərilir. Müəllif logistikanın terminoloji aparatı, konsepsiyası və metodoloji əsaslarını təhlil edir, logistik idarəetmənin obyektlərini və funksiyakarını, logistik sistemləri hərtərəfli nəzərdən keçirir. İstehsal və mübadilə sferasında material axınlarının logistik təşkili və idarə edilməsi məqsədilə bir-biri ilə üzvi əlaqədə olan logistikanın ayrı ayrı funksional sahələri tədarükat, istehsal, bölüşdürmə, ehtiyat, informasiya, nəqliyyat və anbar logistikası geniş və müfəssəl izah edilir. Dərslik Dövlət Təhsil Standartları çərçivəsində "İqtisadi resursların idarə edilməsi" ixtisası üzrə ali peşə təhsilinə müvafiq təhsil programı əsasında hazırlanmışdır.
Dərslik iqtisadiyyat yönümlü ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Bu aspirant və dinləyicilər üçün faydalı olmaqla, ondan praktik fəaliyyət məqsədilə firma və müəssisələrin logistika və marketinq şöbələrinin əməkdaşları da istifadə edə bilərlər.