Dərs vəsaiti riyazi kibernetika və nəzəri informatikanın əsasını təşkil edən diskret riyaziyyatın mətıtiq cəbri və k-qiymətli məntiq funksiyaları və onların minimallaşması bölmələrini əhatə edir.
Kitab universitetlərin riyaziyyat, tətbiqi riyaziyyat, iqtisadi kibernetika, EHM-nin riyazi və proqram təminatı ixtisasları üzrə hazırlanan bakalavr pilləsi üçün dərs vəsaiti kimi nəzərdə tutulmuşdur. Ondan texniki unlversitetlərin hesablama texnikası və informatika, proseslərin avtomatlaşdırılması fakültələrinin bakalavr və magistrləri, tətbiqi riyaziyyat və kibernetika sahəsində çalışan aspirant, mühəndis və mütəxəssislər də istifadə edə bilərlər.