"Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyə dövlətləri arasındakı təhsil münasibətlərinin inkişafı fərəhləndirici bir haldır.
Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İşlətmə fakültəsinin fəaliyyət göstərməsi də Azərbaycan-Türkiyə təhsil əlaqələrinin ıığıırla həyata keçirilməsinin gözəl nümunəsidir.
Hazırladığımız dərs vəsaiti Azərbaycan dilinin foııeti-kasım və morfologiyasını əhatə edir. Bu vəsait Türk Dünyası İşlətmə fakültəsində təhsil alan türk tələbələri üçün nəzərdə tutulmuşdur. Azərbaycan dilinin foııetikası və morfologiyası ilə bağlı qrammatik materialların izahı Türkiyə türkcəsində də verilmişdir. Verilmiş tapşırıqlar, lüğət və suallar, tərcümə mətnləri, rəsmi və işgüzar sənəd nümunələri. Azərbaycan dilinin yazı qaydaları tələbələrin Azərbaycan dilini öyrənməsinə xidmət edir.
Vəsaitdə verilmiş oxu mətnləri Azərbaycanın və ümumiyyətlə türk dünyasının tarixi, coğrafiyası, mədəniyyəti, əlifbası, dili. dini, ədəbi irsindən nümunələrlə bərabər bəşər mədəniyyəti haqqında da bir sııa suallara cavab verir. Bu mətnlər və Azərbaycan türkcəsinə tərcümə məqsədi ilə verilmiş Türkiyə türkcəsində olan mətnlər tələbələrin Azərbaycan dilini öyrənməsi və mənimsəməsinə xidmət edir.