Dərslikdə milli iqtisadiyyatın əsası, ölkənin sosial-iqtisadi inkişafında təsiredici və müəyyənedici deyil, həlledici rolu olan müəssisənin iqtisadi məsələləri şərh olunmuşdur. Bununla əlaqədar, bazar münasibətlərinin müəssisə iqtisadiyyatına aid olan anlayış, göstərici, kateqoriya, qanunlar və qanunauyğunluqlara istinadən müəssisənin istehsal resursları və onların səmərəliliyi, maddi-texniki təminatı və marketinqi, investisiyafəaliyyəti, iıınovasiya və qiymət siyasəti, müəssisədə istehsalın təşkili və ictimai təşkili formaları, onun idarəetmə mexanizmi, maliyyəsi və xarici iqtisadi əlaqələri və s. bu kimi məsələlər öyrənilmişdir.
Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan müəssisə ilə makroiq-tisadiyyatın analoq təşkil edən məsələlərinə - zərurət yarandığı hallarda -birgə baxdmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir.
Müəssisənin iqtisadiyyatı haqqında biliklərin tələbə tərəfindən mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı - mütəxəssis kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır.
Dərslik iqtisad profilli ali məktəblərin bakalavr təhsil mərhələsinin tələbələri üçün yazılmışdır.
Dərslikdən sənaye müəssisələrinin işçiləri də istifadə edə bilərlər.