Dərslik ali məktəblərin bakalavr dərəcəli tələbələri üçün tərtib olunan tədris proqramı əsasında hazırlansa da, gömrük xidməti sahəsində çalışan dövlət məmurları, iş adamları, gömrük işi ilə maraqlanan mülki şəxslər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Kitabda Heydər Əliyev və Azərbaycan Respublikasının gömrük siyasəti, Gömrük nəzarətinin təşkili və gömrük rejimləri, Gömrük ödənişləri, Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları, Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri, Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi, Alqı-satqı müqavilələrində mal göndərişinin bazis şərtləri və Beynəlxalq Konvensiyalar, BYD (Beynəlxalq Yük Daşımaları) barədə gömrük Konvensiyasının tətbiqi, Dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi qaydaları, Azərbaycan Respublikası gömrük sərhədindən boru kəməri nəqliyyatı və elektrik ötürücü xətləri üzrə keçirilƏn malların gömrük rəsmiləşdirilməsi qaydaları, Gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu, Müvəqqəti saxlanc, Bəyanetmə, Fiziki şəxslərin tərəfindən keçirilən, istehsal və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri mövzularına toxunulmuşdur.