KitabYurdu » Kitab » Dərslik » Uşaq psixologiyası


Şeçilmişlər Uşaq psixologiyası

Uşaq psixologiyası PDF
ADI:
Uşaq psixologiyası
REYTİNQ:
  • +131
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
1.1 MB
2002-ci ildə dos. E.M.Quliyev tərəfindən hazırlanmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş bakalavr hazırlığı üçün «Uşaq psixologiyası» proqramına uyğun yazılmış bu dərs vəsaiti haqqında söhbət gedən boşluğu doldurmağa xidmət edir. Dərs vəsaitində uşaq psixologiyasının nəzəri-metodoloji məsələlərinə, onun inkişafı tarixinə, psixi inkişafın yaş dövrləri probleminə və s. geniş yer verilmişdir. Sonrakı fəsillərdə çağalıq və körpəlik, erkən uşaqlıq və məktəbəqədər yaş dövrlərində psixi inkişaf məsələlərinə, ayrı-ayrı psixi proseslərin, funksiya və vəziyyətlərin inkişaf xüsusiyyətlərinin, intellektual inkişaf məsələlərinin şərhinə xüsusi diqqət yetirilmişdir. «Uşaq psixologiyası» fənni üzrə proqramda nəzərdə tutulduğuna görə, vəsaitin «Məktəblinin psixologiyası)) adlanan sonuncu fəslində kiçik məktəb yaşı, yeniyetməlik və erkən gənclik dövrünün psixologiyasına aid məsələlərə də yer ayrılmışdır. Təqdim olunan bu vəsait girişdən, 5 fəsildən, onlara daxil olan23 paraqrafdan, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Vəsaiti hazırlayarkən müəllif ali məktəbdə 15 ilə yaxın iş təcrübəsinə, apardığı tədqiqatlara, bu sahədə son illər çap olunmuş elmi mənbələrə geniş istinadetmişdir. Vəsaitdə nəzəri materiallarla yanaşı, praktik materiallara, illüstrasiyalara da geniş yer verilmişdir.
Müəllif bu dərs vəsaitinin tələbələr üçün gərəkli bir elmi mənbə olacağına əminliyini bildirir. Vəsaitdən pedaqoji texnikum və kolleclərin tələbələri, valideyn və tərbyəçilər də istifadə edə bilərlər.
Vəsat haqqında söyləniləcək tənqidi fikirlərin gələcəkdə onun məzmunca dolğunluğunun təmin edilməsinə xidmət edəcəyinə əminik
Qonaq Ruslan
Qonaq Ruslan
  • 5
Yeniyetmə psixologiyası necə olur ?
  • 17 dekabr 2016 12:20
  • Status: