Dərslik azərbaycan dilində sinoptik meteorologiyadan bəhs edən geniş həcmdə yazılmış ilk tədris vəsaitidir. Burada sinoptik meteorologiyada istifadə olunan xəritələrin təhlil qaydaları, sinoptik proseslərin yaranma mexanizmləri və proqnozunun qanunauyğunluqları geniş şəkildə şərh edilmişdir.
Dərslik, MAA-nın, universitetlərin, ali hərbi məktəblərin tələbələri, xüsusi və ümumi təyinatlı operativ proqnozlarla məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.