Dərslikdə geofizika mühəndisliyi ixtisaslaşması üzrə təhsil alan ali məktəb tələbələrinə elektrotexnika, radiotexnika və elektronikaya dair müfəssəl nəzəri və praktiki məlumat verilir. Dərslikdə bir-biri ilə əlaqədar fənlər müvafiq ardıcıllıqla şərh edilmişdi. Elektrotexnika, radiotexnika və elektronika fənni tədris proqramına uyğun: sabit və dəyişən cərəyan elektrik dövrələrindən, elektromaqnit dövdələrindən, xətti elektrik dövrələrində keçid proseslərindən, transformatorlardan, asinxron maşınlardan, radiotexnika və elektronikadan bəhs edilmişdir. Dərslikdən qeyri-elektrotexnika ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri, elmi işçilər, eləcə də istehsalatda çalışan mühəndis-texniki işçilər istifadə edə bilərlər.