Qurani Kərimi öyrənənlər çox gözəl bilir ki, Quranı öz hərfləriylə öyrənmək çox çətin bir iş deyil, ona görə də yeni hərflərlə Quranı öyrətmə və oxuma tərzinin tərəfdarları artıq yox olmuşdur. Çünki bu fikri doğuran səbəb Quranı öz hərfləriylə oxumanın çətinliyi anlayışı idi. Hətta bu anlayışdan və önəmli bir ehtiyacı qarşılamaq düşüncəsinə görə hərəkət edərək onu yeni hərflərlə çap edənlər də oldu. Əlimizdwki bu "Əlifba" ilə Allahın kitabı Qurani Kərimi oxuya biləcəksiniz. Biz bu kitabı yeni, bəzi təcrübələri diqqətə alaraq xalq üçün hazırladıq.