KitabYurdu » Kitab » Dini » Hüseyn Ənsarian - İslamda Ailə


Şeçilmişlər Hüseyn Ənsarian - İslamda Ailə

Hüseyn Ənsarian - İslamda Ailə PDF
ADI:
İslamda Ailə
REYTİNQ:
  • +53
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
3.42 MB
1984-ci ildə cəmiyyətdə hiss etdiyim ehtiyacın çağırışı ilə məhərrəm, səfər və mübarək ramazan aylarında Qur`an ayələrinə, ən mö`təbər kitablarda qeyd olunan hədislərə əsaslanaraq “İslamda ailə quruluşu” mövzusunda çıxış etməyə başladım.
Geniş dinləyici kütləsinin, xüsusilə gənc nəslin bu çıxışlara göstərdiyi maraq, öz dediklərinə görə bənzərsiz idi. Təbii ki, bütün bunlar daim dinin, islam şəriətinin dayağı olan uca Tanrının rəhmətinin işartısı idi.
Otuz vidio və audio kasetlərindən ibarət lent yazıları sür`ətlə ölkə səthinə yayıldı və çıxışların mətni həmin üsulla Tehran qəzetlərindən birində çap olunaraq, cəmiyyətə təqdim olundu.
Sözü gedən çıxışlar ailələrə böyük tə`sir bağışladı. Bu təbii idi, çünki onun mətni Qur`an və rəvayətlərdən alınmışdı. Hansı ki, insan fitrətinə uyğun olaraq bütün sahələrdə onun maddi və mə`nəvi ehtiyaclarına cavab verir.
Dostlarım bu çıxışlardan daha çox istifadə olunsun deyə, onu kitab şəklinə salınmasını dəfələrlə təklif etmişdilər. Yeddi il çəkən 12 cildlik “İslam irfanı”, beş il çəkən “Səhifeyi-səccadiyyə”nin “Aşiqlər diyarı” adı altında təfsir və izahı, müxtəlif elmi yazılar, qəzetlər üçün yazdığım məqalələr bu iş üçün lazım olan möhləti vermirdi.
Təbliğ məqsədi ilə ölkənin müxtəlif bölgələrinə etdiyim səfərlər də vaxtımın digər bir hissəsini tuturdu. Lakin, dostlar öz təkliflərinin üzərində israr və tə`kidlə dayanmışdılar.
Dünyada ən gözəl evdarlıq simvolu olan, qurduğu ailə İslamın ən yüksək səviyyəli, nümunəvi ailəsi sayılan həzrət Fatimə (ə)-ın şəhadət günü ərəfəsində mənim də tələbəsi olduğum Qum elm mərkəzində çap və nəşr sahəsində fəaliyyət göstərən mö`min gənc cənab Rza Kəlhor bir qrup tələbə hey`əti ilə Tehrana gəldi və orada məndən lent yazılarının köçürülərək çap olunması üçün icazə istədi. Bu istəyin mənim və dostlarımın köhnə arzusu ilə üst-üstə düşdüyünü gördüm və öz vaxtımın azlığını da nəzərə alaraq onunla razılaşdım.
Lent yazıları cənab Kəlhorun əvəzsiz zəhməti ilə köçürüldü. Çıxışlarda deyilən rəvayətlərin qaynaqları böyük bir diqqətlə, lazımi mənbə`lərə müraciət edilməklə haşiyələrdə qeyd olundu.
Lent yazılarından köçürülmüş mətni mənə verdilər. Bu mətndə düzəliş aparmağın zəruri olduğunu hiss etdim və iki ay ərzində mətni bir daha nəzərdən keçirdim. Beləcə, qarşınızdakı kitab ərsəyə gəldi. Qeyd etməliyəm ki, yeni bir kitab yazmaq lent yazılarından köçürülmüş çıxışların redaktəsindən çox asandır. Bu əsərin yaxşı cəhətləri orada qeyd olunan Qur`an ayələrindən, rəvayətlərdən, ilahi övliyaların həyatı haqqındakı hekayələrdən doğur, pis cəhətləri isə mənim qələmimlə bağlıdır. Onun yaxşı cəhətlərini ürəkdən qəbul edin, pis cəhətlərini isə öz böyüklüyünüzlə bağışlayın və “Ənsariyan” nəşriyyatına yazmaqla məni əsərdəki səhvlərim haqqında mə`lumatlandırın. Ümidvaram ki, bu əsər ailələr üçün, xüsusilə də ailə həyatına yenicə qədəm qoymuş, yaxud qədəm qoymaq fikrində olanlar üçün faydalı olacaq və onların ailələrini cənab Haqqın rizayəti sayəsində dünya və axirət səadətinə qovuşduracaq.
Bu çıxışlar həyatın başlanğıcından sonuna qədər olan bir dövrü əhatə edəcəyi şəkildə tənzimlənmişdir. Əsərin geniş mündəricatında müşahidə etdiyiniz otuz başlıq isə çıxışların mətnindən seçilmişdir.
Bu kitabı gəlin və bəy üçün apardığınız bir neçə saatdan sonra solub məhv olan gül dəstəsinin əvəzində o iki gəncə hədiyyə verin. Bu yolla Tanrının rəhməti onların həyatında özünü əks etdirsin və siz də böyük bir savab əldə edəsiniz.