KitabYurdu » Kitab » Dini » Şıxbala Elcan Quran- i Kərimin anlamı qafiyəli nəsrlə


Şeçilmişlər Şıxbala Elcan Quran- i Kərimin anlamı qafiyəli nəsrlə

Şıxbala Elcan Quran- i Kərimin anlamı qafiyəli nəsrlə PDF
ADI:
Quran- i Kərimin anlamı qafiyəli nəsrlə
REYTİNQ:
  • +74
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
6.62 Mb
Şükür və tərif yalnız Allaha məxsusdur! Biz ona həmd edirik, Ondan kömək diləiyirik. Ondan bağışlanma və bizi doğru yola yönəltməsini təvəqqe edirik. Nəfsimizin şərindən və pis əməllərdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət edərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadət ediləcək məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd (s.ə.s.) onun qulu və elçisidir. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərim, ərəb dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusudur. Ilahi gözəlliyə, dərin elmi dəyərə malik olan bu əsər bir ilahi möcüzə kimi bəşəriyyətin yüksək təfəkkür sahibləri tərəfindən heyranlıqla qəbul edilir və sevilə- sevilə öyrənilir. Təkrar-təkrar dinlədikcə insanın canına və qanına hopan bu ilahi hikmətdən doymaq olmur, əksinə O, insana mənəvi möhkəmlik səbat və təsəlli bəxş edir, onun üçün əbədiyyətə doğru əsrarəngiz bir aləm açır. Qurani-Kərim qafiyəli nəşr şəklində yeddinci əsrdə (610- 632-ci illərdə) nazil olmuşdur. Artıq 1435 ildir ki, nəsildən nəsilə ötürülən bu ilahi hikməti onu ciddi cəhdlə öyrənməyə səy göstərən ilahiyyatçılar tərəfindən araşdırılmış, çox saylı təfsirlər aparılmış və ayrı-ayrı dillərə tərcümə edilmişdir. ġıxbala Elcan 4Mərhum akademik Z.M.Bünyadov və akademik V.M.Məmmədəliyev tərəfindən Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin redaktorluğu ilə Azərbaycan dilinə tərcümə də bu qəbildəndir. Bu ədəbi abidəni təkrar-təkrar oxuduğum zaman mən də bu Allah elminin özüm qədər bəsit təfəkkür sahibləri tərə- findən başa düşülməsi və Allah rizasını qazanmaq arzusuyla mətni qismən poetik ruhda (qafiyəli nəsrlə) işləmək qərarını qəbul etdim. Ayələrin mənasını təhrif etmədən yazmağa göstərdiyim səyin məqsədi Qurani-Kərimin müasir Azərbaycan dilində (anlam olaraq) hər kəsin oxuya və dərk edə bilməsinə imkan yaratmaqdır. Uca yaradana və Onun Peyğəmbərinə olan sevgimdən yaranan bu arzumun və göstərdiyim səyin məqbul qəbul edilməsini uca Allahdan təvəqqe edir və iki cahan şərəflisi Muhəmməd (s.və s) peyğəmbərin şəfaətinə pənah aparıram. Dəyərli oxucularımdan bu kitabı oxuyarkən öz sevgilərini qatmaqla yazılışın ritmini tutmasını, onu dərk etmək üçün tələskənlik etməməyi rica edirəm. Şübhəsiz ki, yazılışın xətalardan xali olmadığı gümanındayam. Bu barədə öz dəyərli mülahizə və qeydlərini bildirəcək hər kəsə əvvəlcədən təşəkkürümü bildirirəm. Mətnin çapa hazırlanmasında köməyi olan hər kəsə Allahdan rəhm, mərhəmət, elm və mərifət uğuru diləyirəm. Qoy hər birimizin pənah apardığımız Allahu Təala bu cəhdimizi məqbul saysın inşallah!