KitabYurdu » Kitab » Dini » Necə hidayət oldum


Şeçilmişlər Necə hidayət oldum

Necə hidayət oldum PDF
ADI:
Necə hidayət oldum
REYTİNQ:
  • +123
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.18
Әlinizdәki bu әsәr bir tәvazökar çalışmadan ibarәtdir. Bu әsәr bir sәyahәtnamә sayıla bilәcәyi kimi mәnim yeni bir kәşfimin hekayәsidir. Әlbәttә bu kәşf texniki kәşflәr növündәn deyil, dini anlayışlar vә mәzhәbi mәktәblәrlә әlaqәdardır. Yә’ni inam alәminә aid bir kәşfdir. Hәr bir kәşfin insanı başqa mәxluqlardan fәrqlәndirәn ağlın vә istiqamәtli düşüncәnin mәhsulu olduğunu nәzәrә alaraq, kitabımı batilin qaranlıq buludları arasında sağlam düşüncә ilә haqqı batildәn ayıran vә sözlәri әdalәt tәrәzisindә çәkib ağlabatan gözünü üstün tutan vә danışıqlarda irәli sürülәn görüşlәri (qәbul vә rәdd etmәdәn qabaq) bir-biri ilә qarşılaşdıran vә sözlәrin bәzәklisinә yox, mәntiqlisinә tabe olan fәrdlәrә ithaf edirәm. Necә ki, Allah-Tәala buyurmuşdur: ... “. . . O qullarıma muştuluq ver ki, sözü dinlәyib әn yaxşısına tabe olarlar. Onlar Allahın doğru yola gәtirdiyi kimsәlәrdirlәr vә onlar ağıl sahibidirlәr”. (Zumәr surәsi, 17-18-ci ayәlәr) Kitabımı belә olan şәxslәrә ithaf edir vә Allahdan gözlәrimizi açmasını, bizi doğru yola gәtirmәsini, qәlblәrimizi aydınlaşdırıb bizә haqqı pak vә olduğu kimi göstәrәrәk ona tabe olmağımızı rahatlaşdırmasını, batili bütün içiboşluğu vә fәsadı ilә bizә tanıtmasını vә belәliklә ondan uzaq durmağımızı tә’min etmәsini vә bizlәri saleh qullarının sırasına daxil etmәsini dilәyirәm. O, şübhәsiz eşidәn vә qәbul edәndir.
Alәmlәrin rәbbi olan Allaha hәmd olsun ki, insanı palçıqdan әn gözәl şәkildә yaratdı, ona başqa mәxluqlara görә üstünlük verdi, müqәrrәb mәlәklәrini ona sәcdә etdirdi, şübhәsini yәqinә çevirәcәk ağlı ona bağışladı, ona iki göz, bir dil, iki dodaq verib hәr iki yolu (haqqı vә batili) göstәrdi, onu qәflәt yuxusundan oyandırmaq vә lә’nәtli Şeytana tabe olmaqdan çәkindirmәk üçün muştuluqçu vә saqındırıcı “elçilәr” göndәrdi. Ondan, Şeytana tapınmasın deyә, söz aldı. Çünki Şeytan insanın aşkar düşmәnidir. Vә ondan, yalnız insana iman vә bәsirәt gözü ilә doğru yola tabe olmağı әmr etmiş, keçmişlәrin yolunu sәbәbsiz olaraq davam etdirmәyi qadağan etmiş, Allaha tapınmasını istәdi. “Allahı çağırın, yaxşı işlәr görün. Mәn müsәlmanam deyәn adamdan daha gözәl sözlü kimdir.” Rәbbimin sәlat vә salamı vә bәrәkәti alәmlәrә rәhmәt üçün göndәrilәn, mәzlum vә müstәz’әflәrin yardımçısı olan, insanı biliksizliyin sapqınlıqlarından qurtararaq mö’min vә salehlәrin yoluna gәtirәn böyüyümüz vә mövlamız, müsәlmanların peyğәmbәri Mәhәmmәd ibni-Abdullaha vә onun pak Әhli-beytinә olsun; o Әhli-beyt ki, Allah onlara mö’minlәrin rәhbәri, ariflәrin işığı, doğruların nişanәsi olsunlar deyә mәxluqata görә üstünlük verdi vә hәr növ pisliyi onlardan uzaqlaşdıraraq onları mә’sum elәdi vә onlara qarşı mәhәbbәt bәslәmәyi Qur’anda vacib elәdi, onların gәmisinә minәnlәrә qurtuluşu, ondan qaçanlara isә fәlakәti vә’d etdi.
Allahın sәlat vә salamı peyğәmbәrin dәyәrli sәhabәlәrinә olsun; onlar ki, peyğәmbәrә yardım etdilәr, ona dәyәr verdilәr, hörmәtini gözlәdilәr vә canlarını din yolunda fәda etdilәr; haqqı tanıyıb ona yәqin ilә bağlandılar vә peyğәmbәrdәn sonra dindә heç bir tәhrifә, dәyişikliyә yol vermәdәn iradә ilә peyğәmbәrin yolunu izlәdilәr vә belәliklә Allaha şükr edәnlәrin sırasına daxil oldular. Allah onları İslam vә müsәlmanların xatirinә xeyirlә mükafatlandırsın. Yenә Allahın rәhmәti onlara tabe olanlara vә onların yolunda qiyamәt gününә qәdәr sabit qalanlara olsun. Allahım! Mәndәn qәbul et; şübhәsiz ki, eşidәn vә bilәnsәn. Qәlbimi aydınlaşdır ki, Sәn haqq vә hәqiqәti göstәrәnsәn. Dilimdәn düyünü aç ki, sәn hikmәti istәdiyin mö’min quluna verәrsәn. Allahım! Elmimi artır vә mәni saleh qullarının sırasına daxil et.
Kerbelayi Afiq
bu kitabi nece elde ede bilerik?

  • 24 aprel 2020 15:07
  • Status: İstidafəçi xətdə deyil
onlygoforit
hidayət yox,nəcis oldun,muşrik!
  • 25 aprel 2022 04:06
  • Status:
muntezzir
necə hidayet oldum kitabini nece elde etnek olar ?birde baxin zehmet olmasa ZUHUR ESRİ kitabi var ?varsa nece almaq olar ?haradan ?qiymet de bidirin?
  • 22 oktyabr 2022 15:17
  • Status: İstidafəçi xətdə deyil