KitabYurdu » Kitab » Dini » ƏSMAÜL HÜSNA ALLAHIN 99 GÖZƏL ADI


Şeçilmişlər ƏSMAÜL HÜSNA ALLAHIN 99 GÖZƏL ADI

ƏSMAÜL  HÜSNA ALLAHIN  99  GÖZƏL ADI PDF
ADI:
ƏSMAÜL HÜSNA ALLAHIN 99 GÖZƏL ADI
REYTİNQ:
  • +5
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
879 kb

Bu kitabda 30  ildən çox ədəbi yaradıcılıqla məşğul olan şair Ağaməli Ədiloğlunun müxtəlif illərdə yazdığı dini, ictimai-siyasi məzmunlu, fəlsəfi, lirik, epik şeirləri toplanmışdır. Şairin bu kitabında islam dininin yüksək fəzilətləri, azərbaycanlı mentalitetinin özəllikləri, şanlı tariximiz, Qarabağ ağrıları yüksək sənətkarlıqla öz əksini tapıb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bu gün artıq respublikada kifayət qədər yaxşı tanınan, şeirləri müxtəlif ədəbi-bədii məcmuələrdə çap olunan, bir neçə televiziya kanallarında gözəl şeirləri ilə on minlərlə oxucu məhəbbəti qazanan Ağaməli Ədiloğlunun 4-cü kitabı olan «Əsmaül-hüsna» kitabına ön söz yazarkən ixtiyarsız olaraq yadıma keçən əsrin 70-ci illərinin əvvəlləri düşdü. Onda Ağaməli Salyan rayonundakı Yuxarı Xalac kənd səkkizillik məktəbinin ya yeddinci, ya da səkkizinci sinfində oxuyurdu. Bu sətirlərin müəllifi də həmin məktəbdə müəllim işləyirdi. Ağaməli dərslərini yaxşı oxumaqla yanaşı, elə o vaxtdan poeziya vurğunu idi. Belə ki, o, məktəb dərsliklərindəki Azərbaycan ədəbiyyatı klassiklərinin şeirlərini əzbər bilirdi və müxtəlif tədbirlərdə bu şeirləri yüksək pafosla, bəlağətlə deyərək tamaşaçı alqışı qazanırdı. Mənim də üzvü olduğum «Qələbə» qəzetinin nəzdində fəaliyyət göstərən «Kürün töhfəsi» ədəbi birliyinin üzvlərinin qəzetdə çıxan şeirlərini Ağaməli çox asanlıqla əzbərləyirdi, poeziyaya aid çoxlu suallar verirdi. Ötən sonrakı onillər bu marağın ötəri olmadığını göstərdi. O, Xarkovda yanğından mühafizə xidməti üzrə ali təhsil alıb bu sahədə çalışsa da, poeziyadan bir an olsun belə ayrılmırdı. Təbiidir ki, belə bir şeir vurğunu olan adam özü də əlinə qələm almaya bilməzdi. 80-ci illərin əvvəllərində Ağaməli Ədiloğlunun imzası mətbuatımızda görünməyə başladı.