XIII əsrin ən məşhur sufi şairlərindən biri olan Movlana Cəlaləddin Ruminin «Mənəviyyat məsnəviləri»nin ikinci dəftərini də bitirdim. Bu əsər altı «dəftər»dən ibarətdir. Əsər təsəvvüf ədəbiyyatının ən mükəmməl nümunəsidir.
Cəlaləddin Rumi 30 min beytlik divanın, «Mənəviyyat məsnəvi»ləri adlandırılan 47-min beytlik farsca yazılmış əsərin, «Fihi mafihi» («Əşyaların mahiyyəti») fəlsəfi və dini fəlsəfi əsərlərin müəllifidir. Cəlaləddin Rumi əsərlərinin demək olar ki, əksər hissəsini fars dilində yazmışdır. Lakin onun Türk dilində də şerləri vardır.Cəlaləddin Ruminin ədəbi irsi bütün Şərq aləmində, həmçinin Avropada geniş yayılmışdır.
Qeyd etdiyimiz kimi, Cəlaləddin ədəbi irsinin əksər hissəsi fars dilində yazılmışdır. Lakin bu görkəmli şairin əsərləri son illərə qədər Azərbaycan dilinə tərcümə olunmamışdır. Yalnız Ruminin «Mənəviyyat məsnəvi»lərindən bəzi parçalar, yarımçıq şəkildəXX əsrin əvvəllərində ayrı-ayrı müəlliflər tərəfindən tərcümə olunmuşdur.