KitabYurdu » Kitab » Dini » Qurani-Kərimdə Qida Məhsullari Və İslamda Qidalanma


Şeçilmişlər Qurani-Kərimdə Qida Məhsullari Və İslamda Qidalanma

Qurani-Kərimdə Qida Məhsullari Və İslamda Qidalanma PDF
ADI:
Qurani-Kərimdə Qida Məhsullari Və İslamda Qidalanma
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
16.1 MB
Kitabın yazılmasında “Qurani Kərim”in 100-dən çox ayələrindən, Peyğəmbərimizin (s.ə.v.) hədislərindən, imamların və dahilərin kəlamlarından, bir çox mənbələrdən (kitablardan) və dövrü mətbuatda rast gəldiyim materiallardan, eləcə də, müəllifin qida məhsullarının əmtəəşünaslığına və texnologiyasına həsr olunmuş onlarla kitablarındakı məlumatlardan istifadə olunmuşdur.
Kitabda su, süd, ət, yumurta, balıq, zeytun yağı, çörək, meyvə-tərəvəz, bal, şəkər, sirkə, xörək duzu və digər qida məhsullarından müsəlmanların istifadə etmələrinin islam dininin tələblərinə uyğun olaraq geniş izahı verilmişdir. Eyni zamanda qida qəbulu mədəniyyəti, yeyib-içmək ədəbi, islamda və müasir dövrdə səmərəli qidalanmanın əsas prinsipləri kitabda öz əksini tapmışdır. Kitabda Ramazan orucunun mənası, tarixi, orucluğun insan sağlamlığı üçün əhəmiyyəti, oruc tutmağın islami qaydalan haqqında da ətraflı məlumat verilir. Kitabda şərabın haram olması və siqaretin insan orqanizminə zərəri haqqında məlumatlar da öz əksini tapmışdır.
Kitabda Quran ayələrindəki qida məhsullarına həsr olunan Allah kəlamlarına istinad edildiyindən oxuculara məsləhətimiz budur ki, bu kitabı natəmiz yerlərə qoymasınlar.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.