KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Alber Kamü - Seçilmiş əsərləri


Şeçilmişlər Alber Kamü - Seçilmiş əsərləri

Alber Kamü - Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +23
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
1.09 MB
Fransız yazıçısı və filosofu, ekzistensialist cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında “Qərbin vicdanı” adlandırılmış Alber Kamü 1957-ci ildə “İnsan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfələrə görə” Nobel mükafatı almışdır.“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitabda yazıçının Nobel nitqi, “Taun”, “Çöküş”, “Yabançı” romanları, müxtəlif hekayə və esseləri yer almışdır. Kamü ideya yazıçısı idi, romanlarının hər birinin adı həm də məhz onun ədəbi kəşfi olan metaforalardan ibarət idi.Nobel mükafatı laureatları seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Jan Pol Sartrın dəyərləndirməsinə görə, Kamü nasirdən çox, Volter və Didro ənənəsində fəlsəfi esselər ustası idi. Kamünün özünün fikrinə görə, ədəbi əsərləri xalis nəsr deyildi, bunlar daha çox fəlsəfi və psixoloji məqamları əhatələyən nağıllar və hekayətlərdir. Yəni o, Balzak, Tolstoy və Prust tipli klassik yazıçı deyildi. Kamü yeni tipli yazıçı idi - fəlsəfi yüklü, fəlsəfədən çox insanlara həyatın görünməyən qatlarını sərrast və yeni stilistika ilə anladan, həyata və varlığa dair yeni ideyalar kəşf edib, bunları ədəbi mətnlərin şəffaf dili ilə dünyaya çatdıran avanqard üslublu büsbütün yeni yazıçı... Burada bir məqamı anlamaq mənasında bəri başdan şərtləşmək lazımdır: Kamüyə filosof-yazıçı, yaxud yazıçı-filosof demək, əslində, onun bir yaradıcı kimi missiyasını anlamamağa bərabərdir. O, fəlsəfə və sosiologiya mütəxəssisi olduğuna görə bədii mətnlərində xalıs fəlsəfi yönümlü ideyalarla çıxış etmirdi, o, sadəcə, yeni tipli yazıçı idi və yeni kateqoriya onun bədii mətnlərinin bütün strukturunda - dil, üslub, kompozisiya və ən əsası, yeni təhkiyə nümunəsində özünü göstərirdi. Kamü ideya yazıçısı idi, romanlarının hər birinin adı həm də məhz onun ədəbi kəşfi olan metaforalar idi; klassik nəsr ənənələrini yeni metaforalarla zənginləşdirən və inkar edən Kamü həm də bütün “iznf’lər-dən yuxarıda dururdu, ekzistensializmi ədəbi rakursdan populyarlaşdırdığına görə bu fəlsəfi cərəyanda ilişib qalmırdı, roman poetikasına yeniliklər gətirdiyinə görə “yeni roman” yaradıcılarından böyüklüyü və miqyası etibarilə yerdən göyə qədər fərqlənirdi.