Dahi yazıçı Dostoyevskinin fantastik hekayəsi ...
Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Onlara hələ dəgülməli görünməsəydim, dəli sayılmağım rütbəmin qalxması olardı. Amma dahaheç acıqlanmıram, indi onların hamısı mənə əzizdir, üstümə güləndə də niyəsəlap əziz gəlirlər. Onlara baxanda bu qədər kədərlənməsəydim, özüm də gülərdim,əlbətdə, özümə yox — onları sevdiyimdən gülərdim. Kədərimin səbəbi budur ki,mən həqiqəti bilirəm, onlarsa yox. Ooh, həqiqəti tək bilmək adama necə dəçətindir! Amma onlar bunu başa düşməz. Yox, başa düşməz.