KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Cek London Martin İden


Şeçilmişlər Cek London Martin İden

Cek London Martin İden PDF
ADI:
Martin İden
REYTİNQ:
  • +87
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
1.61 MB
Bu roman görkəmli Amerika yazıçısı Cek Londonun məşhur əsərlərindən biridir. Romanda sənət adamının faciəli həyatından söhbət gedir. Kitab dünya ədəbiyyatı kitabxanası seriyasına daxildir.
Amerikanın liman şəhəri San-Fransiskoda adı Martin, soyadı isə İden olan adi bir oğlan yaşayırdı. Onun valideynləri rəhmətə getmişdilər, qardaşları xoşbəxtlik sorağında yer üzünə səpələnmişdilər, bacıları isə güc-bəla ilə dolanırdılar. Martin ağır dənizçi əməyi ilə çörəkpulu qazanırdı. Müxtəlif gəmilərlə o, Artikaya, cənub dənizlərinə, Avropaya və Yaponiyaya gedirdi. O, bu aləmin kiçik bir hissəsi idi və özunu bu aləmsiz təsəvvür etmirdi.
Əgər bir gün qəribə bir hadisə baş verməsəydi, onun acınacaqlı həyatı elə belə də davam edərdi. İlk baxışdan bu hadisə də mənasız görünə bilər. Martin bərədə bir tələbəni içkili oğlanların əlindən qurtarmışdı.
Hər şey bununla da bitərdi, Martin də bu hadisəni bir vaxt yaddaşından silib atardı, əgər döyülməkdən xilas olmuş tələbə minnətdarlıq məqsədi ilə Martini öz evlərinə nahara dəvət etməsəydi.
Cek Londonun “Martin İden” (1908) romanı məhz əsas qəhrəmanın Morzların mötəbər burjua evinə ilk gəlişi, eləcə də bu ailənin qızı, qardaşı kimi universitet tələbəsi olan Rufla tanışlığı ilə başlanır. İri mavi gözləri, qızılı saçları olan bu solğun ilahi məxluq ilk baxışdan təkcə gözəlliyi ilə yox, poeziyanı yaxşı bilməyi, eləcə də incəsənət və ədəbiyyat haqqında çox asan və azad fikir yürütmək bacarığı ilə Martini valeh elədi. Onun royalda ifası Martinin rahatlığını əlindən aldı. Rufla və bütün Morzlar ailəsi ilə tanışlıq Martin İdenin həm şəxsi, həm də ictimai həyatında vacib dəyişikliyin əsasını qoydu.