Amerika romantizminin ilk görkəmli nümayəndələrindən olan Ceyms Fenimor Kuper təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır.
Amerikada hələ Kuperədək Avropa yazıçılarına belə güclü təsir göstərən zəngin ədəbiyyat olmuşdur. Onu xatırlamaq kifayətdir ki, hindu tayfalarının orijinal folkloru - mifləri, tarixi rəvayətləri, hərb və əmək nəğmələri avropalıların Şimali Amerikaya gəlməsindən çox-çox qabaqlar yaranmışdır. İlk ingilisdilli yazılı ədəbiyyat nümunələri isə XVII əsrin əvvəllərində meydana gəlmişdir. Dini-tərbiyəvi mövzularda yazılan bu əsərlərdə insanın müqəddəs hüquqları müdafiə olunurdu ki, Kuper də məhz bu ədəbiyyatın zəminində yetişmişdir.
...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldarlıq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar.
Kitabdakı əsrləri: Ləpirçi, Sonuncu Mogikan