İngilis yazıçısı və dramaturqu, 1921-ci ildə yaradılan PEN-klubun ilk rəhbəri Con Qolsuorsi (1867-1933) iyirmiyə yaxın romanın, onlarca pyesin, yüzlərcə hekayə və essenin müəllifidir. 1917-ci ildə aristokrat rütbəsindənimtina edən, ölümündən cəmi iki ay əvvəl (1932) Nobel mükafatına layiq görülən yazıçı “Riyakarlar adası” (1904), “Malikanə” (1907), “Qardaşlıq” (1909), “Patrisi” (1911), “Ölümdən güclü” (1917), romanları, “Foryastlar haqqında saqa” adlı trilogiyası və “Gümüş mücrü” (1906), “Mübarizə” (1909), “Həqiqət” (1910) pyesləri ilə dünya şöhrəti qazanmışdır. O zaman Britaniya imperiyasının daxili işlər naziri Uinston Çörçill etiraf edirdi ki, həbsxanalarda islahatlar aparmasına Qolsuorsinin “Həqiqət” pyesinin böyük təsiri olmuşdur. Bu kitabda Con Qolsuorsinin “Ölümdən güclü” romanı, “Dözümlü adam” povesti və hekayələri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.
Oxuculara təqdim olunan bu kitabda yazıçının müxtəlif dövrlərdə yazdığı «Ölümdən güclü» romanı, «Alma çiçəkləri», «Ədavət», «Birincilər və axırıncılar», «Dözümlü adam» povestləri, «Hər şeydə yaxşı cəhəti görmək lazımdır», «Məğlubiyyət», «It gəbərdi», «Vicdan», «İki baxış», «Ruzi», «Keçmiş E 299» hekayələri toplanmışdır. Bu nəsr əsərlərini oxumaq kifayət edir ki, yazıçının necə böyük söz ustası, qələm sahibi olduğunu duya, hiss eləyəsən.
Yazıçının böyük sevgi, arzu, istək və ustalıqla təsvir etdiyi bahar küləkləri onun təkcə külünü yox, əsərlərini də, ideya və arzularını da bütün dünyaya yaydı. Onun abbadıqda dəfn edilməsinə icazə verməyən keşişi bu gün tanıyan, adını eşidən yoxdur, lap heç eşitməyin də mənası yoxdur, bu ad kimsəyə nəsə deməyəcək, Qolsuorsini isə bütün dünya tanıyır. Yəni məsələ təkcə harada dəfn olunmaqda, ya da bu dünyada qəbrinin üzərinə başdaşı qoyu-lub-qoyulmamasmda deyil. Başdaşının mərmər, ya da adi boz daş olmasının da heç fərqi yoxdur. Əsas olan əməl, işdir. Belə böyük yazıçılar isə insanlann qəlblərində özlərinə abidə ucaldırlar.