KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Harold Pinter Seçilmiş əsərləri


Şeçilmişlər Harold Pinter Seçilmiş əsərləri

Harold Pinter Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +4
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
7.77 MB
Harold Pinter (1930-200 Londonda yoxsul dərzi ailəsində doğulub. Uşaqlığı ucuz aşxanalarda qab yumaq, döşəmə silməklə keçən Harold 1948-ci ildə dram sənəti üzrə Kral akademiyasına qəbul olunsa da, təhsilini yarımçıq buraxıb. İngiltərədə absurd teatrın ilk yaradıcısı və ideoloqu olan dramaturq “Gözətçi” (1960), “Kolleksiya” (1961), “Sevgililər” (1962), “Evə qayıdış” (1964) kimi məşhur dramları ilə yanaşı, həm də aktiv ictimai mövqeyinə, insan ləyaqətinin toxunulmazlığı, söz və fikir azadlığı uğrunda apardığı barışmaz mübarizəsinə görə dünya şöhrəti qazanmış və 1973-cü ildə Avropa ədəbiyyat mükafatına, 1995-ci ildə Böyük Britaniyanın ədəbiyyat mükafatına və 2005-ci ildə Nobel mükafatına layiq görülmüşdür. . Bu kitabda Harold Pinterin “Cırtdanlar” romanı və pyesləri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.
Görkəmli yazıçının Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan Nobel nitqi, qələmə aldığı yeganə «Cırtdanlar» romanı və ən məşhur pyeslərindən ibarət bu kitab çox mümkün ki, son illər ciddi mütaliədən yadırğamış oxucularımıza darıxdırıcı gəlsin. Çünki onun əsərləri bizim üçün ənənəvi sayılan üslublarda deyil. Zahiri əlamətlərinə əsasən realist teatrı xatırladan Pinter dramaturgiyasında rastlaşdığımız hadisələrin hamısı real məkanda, adi məişət şəraitində baş versə də, qəhrəmanlar bəsit məişət dilində danışsalar da, personajlar arasındakı münasibətlər, dialoqların, hadisələrin axarı tam gözlənilməz, qeyri-tipikdir və onları ən müxtəlif rakurslardan yozmaq mümkündür. Başqa sözlə desək, insanlar Pinterin əsərlərində eyni sözləri oxusalar da, tamam fərqli mətləbləri anlayırlar.
Onun pyesləri tənhalıq, insanlar arasında əlaqələrin qırılması, ikiüzlülük, riyakarlıqdan bəhs edir; ön planda heç bir zorakılıq, şiddət gözə dəyməsə də, bunların mövcudluğu arxa planda aydın duyulur. Dramaturq öz qəhrəmanlarının dili ilə insan şəxsiyyətinin alçalmasından, bir zamanlar əbədi görünən dəyərlərin qiymətdən düşməsindən söz açır.