KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Jorji Amadu - Seçilmiş əsərləri


Şeçilmişlər Jorji Amadu - Seçilmiş əsərləri

Jorji Amadu - Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +6
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
30.35 MB
Jorji Amadu “Qum dəryasının kapitanları”, “Möcüzələr dükanı”, “Pusqu” və s. əsərləri ilə ədəbiyyat tarixində qalmış yazıçıdır. O, öz bestsellerləri ilə müxtəlif ölkələrin milyonlarla oxucusuna Braziliyanı sevdirə bilmişdir. Yazıçının qələmindən çıxan əsərlərin hər sətrindən qaynar həyat çağlayır, cənub temperamentindən qidalanan oynaq, bənzərsiz yumor süzülür.
Braziliyanın bəxti gətirib ki, Baiyası var. Baiyanm bəxti gətirib ki, Jorji Amadu kimi yazıçısı var. Məhz onun yazıçı təxəyyülünün qüdrətindən, məhz onun istedadından, məhz onun sevgisindən bu gün Baiya şəhəri və Braziliyanın özü milyonlarla oxucu üçün doğma, isti, əzizdir.
“Balzakm Parisi”, “Dikkensin Londonu”, “Dosto-yevskinin Peterburqu” ifadələrini tez-tez işlədirik və qətiyyən yanılmırıq. Bu bəşəri söz ustaları yer üzünün ən məşhur şəhərlərini, orada adi həyatını yaşayan xalqı öz əsərlərində elə bir rakursdan təsvir edə bilərlər ki, həmin yaşayış məskənlərinin özündə belə göz açıb böyüsən də, bunları oxuyarkən, heyrətlənirsən. Əsl yazıçı göz önündə sərgilənən həqiqətləri belə sizə yeni bir şey kimi təqdim edə bilər və təqdim etməlidir də. Mən bu sıraya “Amadunun Baiyası” ifadəsini də əlavə etmək istəyirəm. Bu, onun haqqıdır.
Kitabdakı əsərləri: Qum dəryasının kapitanları (roman), Möcüzələr dükanı (roman), Zolaqlı Pişik və Göycə Qaranquş (povest), Piranyansda möcüzə (hekayə)