Yaradıcılığa 1923-cü ildə nəşr etdirdiyi “Eybəcər hersoq arvadı” adlı romanı ilə başlayan Lion Feyxtvanger (1884-195 sonrakı illərdə yazdığı “Lautenzak qardaşları”(1943), “Tülkülər üzümlükdə” (1947-194, “Qoyya” (1951), “Qəribə adamın müdrikliyi” (1953) əsərləri ilə XX əsr dünya ədəbiyyatına ən tərəqqipərvər alman yazıçısı kimi daxil olmuşdur. Əsərlərində faşist Almaniyasını, ümumiyyətlə, diktatura rejimlərini ifşa edən və buna görə hitlerçilər tərəfindən həbs düşərgəsinə salınan, lakin düşətgədən qaçmağa nail olan yazıçı, demək olar ki, bütün yaradıcılığını bəşəriyyətin humanist ənənələrinin və bu ənənələr uğrunda mübarizənin tərənnümünə həsr etmişdir. Bu kitabda Lion Feyxtvangerin 2 romanı- “Qəribə adamın müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyi”, “Lautenzak qardaşları” və 6 hekayəsi Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.