KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Artur Miller Seçilmiş əsərləri


Şeçilmişlər Artur Miller Seçilmiş əsərləri

Artur Miller Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +6
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
4.41 MB
1947-ci ildə “Hamısı mənim oğlum idi” pyesi səh-nəyə qoyulandan dərhal sonra dünənəcən heç kimin tanı-madığı jurnalist və yazıçı Artur Miller nəinki yalnız vətəni ABŞ-da, hətta bütün dünyada populyarlaşdı, qeyri-adi, özünəməxsus baxışı olan dramaturq kimi şöhrət qazandı. Bəs onu digər dramaturqlardan fərqləndirən nə idi? Seçilmiş pyeslərindən ibarət külliyyatına yazdığı ön sözündə teatr və müasir dramaturgiya ilə bağlı fikirlərini açıqlayarkən Artur Miller həm də müəyyən mənada bu sualın cavabını verir: “Dramaturq elə yazmalıdır ki, tama-şaçı onun pyeslərini sənət əsəri kimi yox, həyatın özü kimi qəbul etsin. Dramaturq gərək hələ “havada gəzən” və gerçəkdə öz əksini tapmayan, hamının mənəvi sərvətinə çevrilməyən ideyaları tutub kütləyə yaya bilsin. ...Mənim pyeslərim məhz “havada gəzən” ideyaların əksidir. Mən bu pyeslərlə oxuculara onların özlərinin anlamadıqları və ya anlamaq istəmədikləri həqiqətləri göstərmək istəmişəm”.
Miller dramaturgiyasının bütün Qərb aləmini bürüyən nəhəng şöhrəti bir daha sübut edir ki, müəllif öz pyeslə-rində, həqiqətən də, “havada gəzən” ideyalara ustalıqla toxunmağı bacarıb.
Bunlar nə ideyalar idi?
Əvvəlcə müəllifin ilk səhnələşdirilən “Hamısı mənim oğlum idi” pyesinə diqqət edək. Bu pyesdə hadisələr müharibə vaxtı xırda əyalət fabrikantı kimi cəbhəyə silindr başlıqları göndərən bir nəfərin ailəsində cərəyan edir. Bu ailənin bütün üzvlərinin taleyi də, sanki, müharibənin içindədir. Hər iki oğul Amerika ordusunun əsgəri kimi döyüşüb və onlardan qıncı-təyyarəçi olanı itkin düşüb. Artıq heç bir ümid işartısı olmasa belə, ana hələ də onun yolunu gözləyir. Onun bu gözləntiləri pyesin ovqa-tına əlavə gərginlik və həyəcan qatır.
Yazıçının kitaba daxil edilmiş əsərləri: Hamısı mənim oğlum idi, Kommivoyajörün ölümü, Bəxti gətirən adam, Qiymət, Dünyanın yaranışı və başqa-başqa işlər, Ağır sınaq, Körpüdən görüntü