Məşhur ingilis yazıçısı Daniel Defonun “Robinzon Kruzo” romanında adam yaşamayan adaya düşmüş insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi tərənnüm olunur. Əsər adi insanın yaradıcı fəaliyyətinin imkanlarına inam hissi aşılayan roman kimi bizi məftun edir. Saysız-hesabsız oxuculara nəsilbənəsil bədii zövq vermiş “Robinzon Kruzo” öz qəribə macəralarıyla hər yaşda oxunan kitabdır.