KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Emest Seton-Tompson Seçilmiş əsərləri


Şeçilmişlər Emest Seton-Tompson Seçilmiş əsərləri

Emest Seton-Tompson Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +13
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
4.17 MB
Kitaba daxil edilmiş ROMANLAR: Balaca vəhşilər, Mənim həyatım, HEKAYƏLƏR: Yorğa mustanq, Anqusu niyə ildə bir dəfə ağlım itirir, Cink, Gümüşxal, Snap Bulteryerin əhvalatı, Vull, Oğlan və vaşaq, Küçə nəğməkarı, Binqo, Vinnipeq canavarı, Lobo, Amo, Maralın iziylə, Ayı balası Conni, Döyüş Atı Cek, Qızılboyun
1860-cı il avqust ayının 14-də Böyük Britaniyanın kiçicik Saut-Şilds şəhərində İngiltərənin sonradan müf-lisləşən qədim zadəgan nəsillərindən birində - Seton ailəsində bir oğlan dünyaya gəldi ki, vəhşi təbiətin ecazkar dünyasını bütün insanlara tanıtsın...
***
Balaca Emest əsl evi saydığı meşələrin, çəllərin dünyasıyla erkən tanış oldu. Altı yaşı olanda maddi sıxıntı çəkən ailələri Kanadaya köçdü. Emestin atası fermerliklə məşğul olmağa başladı, oğlan da ona ya təsərrüfat işlərində yardımçı olur, ya da qardaşlanyla bir yerdə meşələri gəzib- dolaşırdı. Vəhşi təbiətin dilini oğlan lap tez anlamağa başladı. Ona qəribə gələn bu idi ki, heyvanlar, quşlar, sürünənlər də öz dünyalarında, demək olar ki, elə insanlar kimi yaşayırlar: sevir, nifrət edir, təhlükədən qorxaraq qaçır, ya da başqa həmcinslərini xilas etmək üçün həyat-larını qurban verir, balalarına yaşamaq öyrədir, bir-biriylə səmimi dostluq münasibətləri qururlar.
Bu həssas oğlanın ailədə vəziyyəti o qədər də ürəkaçan sayılmazdı. Balaca Emest atası ilə heç cür dil tapa bilmir, günün getdikcə daha çox hissəsini özü üçün əsl ev saydığı meşədə keçirirdi. Heyvanların davranışı barədə ilk yazılı qeydlərini də elə orada qələmə aldı, heyvan və quşların xarakterini çatdırmaq istədiyi ilk şəkilləri də meşədə yarandı. Rəssamlığa həvəsi onu Toronto şəhərindəki incə-sənət kollecinə apardı, orada təhsilini 1879-cu ildə bitirdi. Xeyli sonra isə rəssamlıq qabiliyyətini püxtələşdirmək üçün təsviri sənətin sirlərini Paris, London və Nyu-Yorkda öyrənməyə çalışdı.