KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Haynrix Mann Seçilmiş əsərləri


Şeçilmişlər Haynrix Mann Seçilmiş əsərləri

Haynrix Mann Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +9
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
3.88 MB
Haynrix Mann seçilmiş əsərləri kitabına daxil edilmi romanlari: Təbbə, Professor qanmaz
Dünya ədəbiyyatının parlaq simalarından olan Mann qardaşları təkcə ədəbi fəaliyyətləri deyil, həm də taleləri baxımından XX əsrin əvvəllərindən başlayan və bir qəri-nədən artıq davam edən ideoloji və hərbi-siyasi toqquş-maların insanlarda aşıladığı mənəvi-psixoloji sarsıntıları anlamaqda xüsusi rol oynayır. Eyni ailədən çıxmış iki şəxs - Haynrix və Tomas Mann qardaşlarının ictimai ba-xışlarındakı fərq, əslində, alman intellektlərinin ziddiy-yətlərlə dolu mövqelərini müqayisə etməyə imkan tanıyır. Əlbəttə, hər iki yazıçının dünyagörüşü onların əsərlərində əksini tapırdı. Haynrix Mann isə təkcə romanları ilə deyil, həm də esseləri, pamfletləri, publisistikası ilə aktiv ideoloji mövqe nümayiş etdirirdi.
Ümumiyyətlə, Mann ailəsi bütövlükdə dövrünün alman ədəbi-mədəni aləminin kiçik modelini xatırladır. Bu ailə üçün iki xarakterik cəhət göstərilir: qeyri-adi istedad və uğursuz tale. Uğursuz tale yalmz narkotik asılılığı, seksual çatışmazlıq, kəskin psixoloji dəyişikliklə deyil, həm də ailədəki intiharlarla əlaqələndirilir.
Ailənin ilki, 27 mart 1871-ci ildə anadan olan Hayn- rixin qardaşı Tomasdan başqa iki bacısı da vardı: Lula və Karla. Karla dövrünün tanınmış teatr aktrisası idi.
Mannlar yaşadıqları Lübek şəhərində zəngin ailələrdən sayılırdılar. Ata H.Mann varlı sahibkarlarla əhatə olunan senator idi.
Haynrix 1881—91-ci illərdə Lübek gimnaziyasında yüksək təhsil alır və Fridrix Vilhelm adma Berlin univer-sitetinə qəbul olunur. Gələcəyi üçün bir narahatlıq görün-məyən ailənin taleyi də həmin il dəyişir: ata qəflətən ölür. Bu ölümün intihar olması barədə ciddi şübhələr var.
Sonradan Mann ailəsində özünəqəsdlərin sayı artdıqca, ata Mannın da intihar etməsinə inananların sayı çoxalır: Karlada davam edən bu “ailə xəstəlyi” daha sonra Tomas Mannın ədəbi aləmdə tanınan övladlarına da keçir.
Atanın ölümü Haynrixə qəbul olduğu Berlin univer-sitetini bitirməyə mane olur. Bundan əlavə, o, öz həyat yolunu müəyyənləşdirmişdi: hələ gimnaziya illərindən Haynrix siyasi yumor və satira janrında, hətta sarkazmla dolu məqalələr yazmağa başlamışdı və ədəbi-ictimai dairələrdə tanınırdı. 1900-cü ildə çapdan çıxan “Duzlu sahil ölkələri” romanı isə Haynrix Mannın adını bütün ölkəyə yaydı.