Əfsanəvi yunan şairi Homerin “Odisseya” epik poeması qədim yunanların dünya duyumu və dünyaya münasibətinin bir ifadəsidir.
“İliada”da olduğu kimi, “Odisseya” eposunda da Homer hadisələrin bədii təqdi-matında xronoloji ardıcıllığa riayət etmir. Lakin bu ardıcıllıq ustalıqla və əsərin bütövlüyü qorunmaq şərti ilə pozulur.
“Odisseya” Qədim Yunanıstanın sosial həyatını, mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.