KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Rabindranat Taqor Seçilmiş Əsərləri


Şeçilmişlər Rabindranat Taqor Seçilmiş Əsərləri

Rabindranat Taqor Seçilmiş Əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +10
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
5.78 MB
Rabindranat Taqorun məhşur "Fəlakət" və "Ev və dünya" romanları, mənsur şeirləri, hekayələri...
Böyük hind yazıçısı və şairi, filosofu və ictimai xadimi, Nobel mükafatı laureatı, maarifpərvəri, humanisti və vətənpərvəri Rabindranat Taqor (Robindronath Thakur) 1861-ci il may ayının 7-də Benqaliyanın paytaxtı Kəlküttə şəhərində anadan olmuşdur.
Taqorlar nəsli Benqaliyaya görkəmli ictimai və mədəniyyət xadimləri vermişdir. Yazıçının babası Dvarkanat Taqor XIX əsrin əvvəllərində Hindistanın böyük maarifpərvəri və “Brahmo Samac” dini cəmiyyətinin əsasını qoyan Ram-Mohan Rayın silahdaşlarından biri olmuşdur. “Brahmo Samac” cəmiyyəti induizmə, dini qurbanlara və induizmin orta əsrlərdən bəri davam edən hər cür qalıqlarına qarşı çıxırdı; onun atası Debendranat Taqor bu cəmiyyətin görkəmli xadimlərindən biri olmuşdur. Yazıçının qardaş və bacılarının çoxu istedadlı və elmli adamlar idilər: bir qardaşı Dvicendraləl filosof və şair, digəri isə Cotirindranat yazıçı və həvəskar artist idi.
Taqor “Çində söhbətlər” adlı kitabında öz dünyagörüşünün müəyyənləşməsində rol oynayan üç faktordan danışır. Bu faktorlardan biri XIX əsrin ikinci yarısında yaşamış (1838-1894) görkəmli benqal yazıçısı Bonkima Çondro Çot-topadhayanın dərin vətənpərvərlik hissləri aşılayan, milli şüurun inkişafına xidmət edən yaradıcılığı; digəri “Brahmo Samac” cəmiyyətinin fəaliyyətini müəyyən edən ideyalar, üçüncüsü isə 1885-ci ildə Hindistan Milli Konqres Partiyasının yaranması ilə nəticələnən milli azadlıq hərəkatının canlanması idi.