Antik dövr dramaturgiyasından söz düşəndə dilə ilk gələn Esxil, Evripid, Sofokl adları olursa, İntibah dövrünün dram səneti zirvəsində qeyd-şərtsiz görkəmli ingilis dramaturqu Uilyam Şəkspirin adı çəkilir. Mayasında insan ləyaqətinin ucalığı, mənəvi yüksəklik, insanpərvərlik, dərin həyatilik və məhəbbət ülviliyi dayanan Şekspir yaradıcılığı elə bir mənəvi zirvədir ki, coğrafi sərhədlər, etnik müxtəlifliklər, milli psixologiyalar məhdudluğu tanımır və zamana sinə gərir.
Bu kitabda dahi dramaturqun beş ən meşhur faciəsi daxil edilmişdir. “Romeo və Cülyetta”da təmiz məhəbbət, “Otello”da fəlakətə düşmüş böyük inam, “Kral Lir”də ülvi ata sevgisi, “Hamlet və "Maqbət” əsərlərində isə hakimiyyət ehtirası ön plana çəkilir.