Tənqidçilər tərəfindən modernizmin və absurd nəsrin banisi hesab edilən Frans Kafka (1883-1924) cəmi qırx bir il ömür yaşamasına baxmayaraq, dünya ədəbiyyatına ciddi təsir göstərmiş yazıçılardan biridir. “Ədəbiyyata aid olmayan hər şey məni iyrəndirir…”-deyən, bütün ömrünü psixi sıxıntılar içində keçirmiş F.Kafka söz sənətinə “Amerika” (1911-1916), “Məhkəmə” (1914-191, “Qəsr” (1921-1922) kimi əvəzsiz romanlar, “Hökm” (1912), “Çevrilmə” (1912), “Akademiya üçün hesabat” (1917) kimi psixoloji novellalar bəxş etmişdir. Bu kitabda F. Kafkanın “Qəsr” romanı, 17 novellası, 7 pritçası, “Atama məktub” avtobioqrafik əsəri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.