KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » İspan ədəbiyyatı antologiyası


Şeçilmişlər İspan ədəbiyyatı antologiyası

İspan ədəbiyyatı antologiyası PDF
ADI:
İspan ədəbiyyatı antologiyası
REYTİNQ:
  • +10
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
1.05 MB
Bu kitaba XVI-XX əsrlər ispan ədəbiyyatının görkəmli nümayəndələrindən Migel de Servantes Saavedra, Lope de Veqa, Xuan Valera, Pedro Antonio de Alarkon, Emiliya Pardo Bazan, Leopoldo Alas (Klarin), Armando Palasio Baldes, Xoakin Disenta İ’Benedikto, Ramon Peres de Ayala, Federiko Qarsia Lorka, Sesar Munyos Arkonada, Kamilo Xose Sela, Migel Delibes, Anna Mariya Matute, Xuan Qoytisolo, Xuan Marse və başqalarının əsərləri daxil edilmişdir. “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Bu və ya digər xalqın, xüsusilə son dərəcə zəngin ənənələrə malik, bütün tarixi boyu bir üzü Qərbə, digəri Şərqə baxan ispan ədəbi fikrinin antologiyasını tərtib etmək çox çətin məsələdir. Ona görə ki, ideal ədəbi antologiya həm forma, həm də məzmun baxımından zirvə bədii nümunələrdən ibarət olmalıdır. Antologiya seçim əsasında tərtib olunan topludur. Məlum olduğu kimi, zövq fərdi kateqoriyadır: mənim dahiyanə hesab etdiyim bir əsəri digər oxucu zəif saya bilər. Daim oxucu sınağı ilə üz-üzə dayanmalı olan ədəbi əsərin özünə olan münasibət də zaman keçdikcə dəyişir; vaxtilə görkəmli ədəbi hadisə hesab olunan bir sıra bədii nümunələr təravətlərini itirir və əksinə, yarandığı dövrdə oxucu kütləsi və hətta yaradıcı sənətkar tərəfindən lazımınca dəyərləndirilməyən bədii nümunə əlverişli şəraitdə yeni-yeni imkanlarını üzə çıxarır.
Bir anlığa fərz edək ki, obyektiv meyarlar əsasında seçim həyata keçirilmiş və həqiqətən, yalnız zirvə nümunələrdən antologiya tərtib olunmuşdur. Bu halda da antologiyada çatışmazlıqlar hiss olunacaq. Ən azı ona görə ki, zirvə nümunələr boş yerdə meydana gəlmirlər: dünya və milli ədəbiyyatın ənənələri, yazıçının özünün bütün yaradıcılığı, müasir ədəbi proses bu nümunənin təməlini təşkil edirlər və bu amillərdən kənarda dahiyanə əsər özünün bütün zənginliyini ortaya qoya bilməz.
Antologiyaya ön söz yazmaq daha çətin məsələdir. Birincisi, ona görə ki, tərtibçidən daha çox təbii olaraq heç bir sistemdən çıxış etməyən tərcüməçilərin ərköyün zövqünün və seçiminin məhsulu olan bu topluda təəssüf olsun ki, təkcə ispan ədəbiyyatının deyil, dünya bədii fikrinin fəxri hesab olunan Xuan de la Kruz, Qonqora Kalderon kimi klassiklərin yaradıcılıqları təmsil olunmamışdır. İkincisi, ideal antologiyanın ideal ön sözü labüd şəkildə ispan ədəbiyyatının ətraflı tarixinə çevrilə bilər. Yeri gəlmişkən, bu təhlükəni mən özümdən uydurmamışam: fransız yazıçısı və filosofu J.P.Sartr öz həmkarı F.Şönenin əsərlərinə ön söz yazarkən özünü cilovlaya bilməmiş və 700 səhifəlik nəhəng bir tədqiqat ortaya qoymuşdur.