Görkəmli rus yazıçısı, satiriki və nağıl ustadı kimi tanınan, rus ədəbiyyatında tənqidi realizmi daha da inkişaf etdirən M.Y.Saltıkov-Şedrinin zəngin yaradıcılq fəaliyyətində hekayələri, oçerkləri və nağılları xüsusi bir yer tutur. Yazıçının əsərlərində təhkimçi mütləqiyyət üsuli-idarəsi, bürokrat hökumət məmurları və onların havadarları kəskin ifşa edilir, o vaxtkı rus cəmiyyətinin dözülməz sosial ziddiyyətləri, dvoryanlığın mənəvi iflası qabarıq şəkildə işıqlandırılır.