Bir sıra maraqlı tarixi-bicıqrafik, eserlər müəllifi, tanınmış Amerika yazıçısı İrvinq Stoun un “Yaşamaq yanğısı" sənədli povesti milliyyətcə flamand (hollandiyalı) olan dahi fransız rəssamı Vinsent Van Qoqun keşməkeşli həyatına, bənzərsiz yaradıcılığına həsr olunmuşdur. Yazıçının böyük ürək yanğısı ilə canlandırdığı Van Qoq obrazı bütöv bir şəxsiyyət olmaqla İnandırıcı və parlaqdır. Müəllifin özünəməxsus təhkiyəsi ilə əsərin bir sıra personajları da tarixi ve psixoloji seciyyə daşıyır.
Oxucuya təqdim olunan “Yaşamaq yanğısı” povestinin müəllifi, Amerikanın məşhur publisisti və yazıçısı İrvİnq Stoun 1903-cü ildə San-Fransiskoda doğulmuşdur. Kaliforniya universitetini qurtardıqdan sonra müəllimlik etmiş, gəmilərdə stuard olmuş, teatrlarda inzibati işlərdə çalışmışdır. Ədəbi yaradıcılığa isə gənc yaşlarından başlamışdır. Kiçik hekayələr, detektiv rəvayətlər yazmış, çap olunmamış, ancaq Qrinviçdə “Çeni Leyn” teatrında cəmi altı həftə göstərilmiş “Tutqun güzgü” adlı bir pyes də yaratmışdır, Sonralar bir sıra tarixi-bioqrafik əsərlər - Amerika fəhlə hərəkatı xadimləri Yucin Debs, Cek London haqqında, Cessİ Fremont, dahi rəssam Mikclancelo haqqında roman və povestlor, bir sıra başqa əsərlər yazmışdır. Beləliklə, İrvinq Stoun otuzuncuqırxıncı illərin Amerika ədəbiyyatına onun demokratik yaradıcılarından biri kimi daxil olmuşdur.
İ.Stouna dünya şöhrətini ilk böyük əsəri olan “Yaşamaq yanğısı” povesti gətirmişdir. Bu povesti yazmaq istoyi İrvinq Stounda otuzuncu illərin əvvəlində, Nyu-Yorkda keçirilmiş Van Qoq əsərlərinin sərgisinə baxarkən doğmuşdur. Həmin sərgi Van Qoqun Avropa və Amerika tesviri sənətində iyirminci əsrin əvvəllərindən başlayıb indiyədək davam edən “apostol” yolu ilə səciyyələnirdi. Yazıçı bu sərgiyə baxıb orada göstərilən tablolardan riqqətə gələrək, demək olar, səfil həyat sürmüş, sağlığında əhatəsində olatı bir neçə həmkar tərəfindən tanınmış və çəkdiyi yüzlərlə rəsm eserindən ancaq bircəciyini satdıra bilmiş, Ömrünü faciə ile başa vurmuş, yalnız ölümündən sonra dünyanın ölməz sənətkarları ilə bir sırada tutulan dahi rəngkar haqqında getıiş oxucu kütləsinə danışmaq istəmişdir.
İrvinq Stoun tarixi-bioqrafik mövzulardan bəhs edən sənətkarlardan yaradıcılıqda sənədlərə və tarixiliyə sadiq qalmağı, hadisələrin şərhində və təsvirində özbaşınalığa yol verməməyi, macəraçılığa əl atmamağı tələb edirdi. O deyirdi ki, bioqrafik roman və ya povest tam obyektiv olmalıdır. Yazıçının yazdığı dövrün ruhuna nüfuz etməsi, ədəbiyyatını öyrənməsi, arxiv sənədlərini tədqiq etməsi hələ azdır, kifayət deyildir. Yazıçı-bioqraföz qəhrəmanlarının yaşadığı və yaratdığı mühiti bilməli, onların olduğu yerlərdə olmalı, şəhərləri və kəndləri öz gözləri ilə görməli, qəhrəmanın qızındığı günəşin altında qızınmalı, gəzdiyi torpaqda gəzməli, onun nəfes aldığı hava ile nəfəs almalıdır.