KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Ziqmund Freyd – Sevgi məktubları


Şeçilmişlər Ziqmund Freyd – Sevgi məktubları

Ziqmund Freyd – Sevgi məktubları PDF
ADI:
Sevgi məktubları
REYTİNQ:
  • +37
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
4.69 MB
Elə yaradıcı şəxsiyyətlər var ki, onların irsinə zaman-zaman ehtiyac duyulur, müraciətlər edilir, fikirlərinə yeni-yeni baxışlar yaranır. Froud da bu baxımdan istisna deyil. Onun yazdığı elmi əsərlər, oxuduğu mühazirələr bu gün də aktuallığını saxlayır. Onun əsərləri bütün dünyada yeni müstəvidə öyrənilir: Froud yenə də insanların köməyinə gəlir.
Qarşınızdakı kitabda isə bu dahi insanın tamam başqa keyfiyyətləri üzə çıxır: sevən bir aşiq kimi qələmə aldığı sevgi məktublarıdır bunlar. Son dərəcə səmimi hisslər, bədii, bəlağətli bir tərzdə yazılan bu məktublar insan qəlbinin sonsuzluğunu və ehtirasının hüdudsuzluğunu bir daha nümayiş etdirir. İnanın ki, bir bədii əsər oxuyurmuş kimi təsir bağışlayacaq sizə bu sətirlər. Beləcə, sizi Froudla baş-başa buraxırıq.

Dünyanın elmi baxımdan qavranılmasında, eləcə də, bütün insanlığın dünyagörüşündə böyük çevrilişlər eləmiş düşünürlərin çoxlu əsərlərinin, bugünəcən də dilimizə çevrilməməsi, başqa sözlə desək, dilimizdə özünü göstərən ilkin
qaynaqların kəskin qıtlığı, çox vaxt, anadilli oxucularımızın dünyada ad-san qazanmış elm və incəsənət korifeyləri ilə bağlı yanlış düşüncələrə qapılmasına gətirib çıxarır. Biz onları başqalarının yozumlarına görə tanımalı oluruq və çox vaxt, hansısa dini ideoloji-siyasi maraqlara qulluq eləyən bu yozumçular, öncədən qarşılarına kimisə qaralamaq məqsədi qoyduqlarına görə, doğru-düzgün bilgilər vermir, danışdıqları kimsəni öz bildikləri və istədikləri kimi tanıtmağa çalışırlar. Elə buna görə də, bir çoxlarımız Froudu şəhvət düşkünü, bütün müqəddəslikləri şəhvətə bulaşdıran birisi kimi tanıyırıq. Özlüyündə isə, Froud özəl yaşamında bütünlüklə başqa bir yolun yolçusu olmuşdur. Çağdaşlarının və yaxın tanışlarının bildirdiyinə görə, Froud qadınlara yanaşmada çox utancaq olmuş, onun qadınla birinci seksual yaxınlığı isə,
yalnız otuz yaşına çatanda, dörd il adaxlı olduğu Marta Bernaysla olmuşdur; səkkizillik evlilikdən sonra, Froud xanımı ilə anlaşaraq onunla seksual yaxınlığını bütünlüklə dayandırmışdır. Froudun Marta Bernaysla adaxlı olduğu dörd ildə (1882-1886-ci illər) ona yazdığı 1500-dən artıq məktubu qalmışdır, Froudun ölümündən sonra onun oğlu Ernst Froud tərəfindən kitablaşdırılaraq: “Sevgi məktubları” adı ilə çap olunan bu məktublar, uzun illər boyunca, geniş oxucu çevrəsində böyük maraq doğurmuş, dönə-dönə yayımlanaraq, sevgi duyğuları ilə bağlı yazılmış kitabların sırasında ən çox oxunan əsərlərdən biri olmuşdur. Ona görə də, Froudun “Sevgi məktubları” kitabından dilimizə çevirib, baxışlarınıza çatdırdığım bir neçə məktubun, onu bir insan kimi tanımağınıza yardım edəcəyinə inanmaq istərdim.
Araz Gündüz, 10 oktyabr, 2014-cü il
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Nəsimi Şirəlizadə
Kitabları PDF formatda yükləməkdənsə FB2 yada ePub formatında yükləsəz daha yaxşı olar.
  • 13 fevral 2017 10:14
  • Status: