KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Bernhard Şlink Qiraətçi


Şeçilmişlər Bernhard Şlink Qiraətçi

Bernhard Şlink Qiraətçi PDF
ADI:
Qiraətçi
REYTİNQ:
  • +32
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
792 KB

On beş yaşım olanda sarılığa tutulmuşdum. Xəstəliyim payızda başlasa da, bir də bahar gələndə yaxamdan əl çəkmişdi. Köhnə ilin günləri get-gedə soyuyub qaranlıqlaşdıqca, mən zəifləyirdim. Anjaq yeni il ərəfəsində, vəziyyətim yaxşılığa doğru nisbətən dəyişməyə başladı. Yanvar mülayim keçdiyindən, anam yorğan-döşəyimi balkona sərmişdi. Mən səmaya, günəşə baxırdım, buludları seyr edirdim, həyətdə oynayan uşaqların səsini dinləyirdim. Fevralın ilk axşamlarının birində bayırdan eşidilən qaratoyuq səsi hələ də yaddaşımdan silinməyib.

Sağalandan sonra ağına düşdüyüm ilk yol məni Blümenştrassedən Banhofştrasseyə apardı. Biz Blümenştrassedə ötən əsrin sonlarında tikilmiş, massivdə yerləşən binanın üçünjü mərtəbəsində yaşayırdıq. Oktyabr ayının bir bazar ertəsi məktəbdən evə qayıdırdım, birdən yoldaja məni öyümək tutdu. Neçə gündü ki, halsızdım. Nə vaxtsa bu jür zəiflədiyim yadıma gəlmirdi. Addımlarımı çətinliklə atırdım. Evə qalxanda, ya məktəbdə pilləkənləri çıxanda ayaqlarımı ardımja güjlə sürüyürdüm. İştaham da küsmüşdü. Hətta masanın arxasına aj otursam da, bir az keçəndən sonra məndə yeməyə qəribə ikrah hissi yaranırdı. Səhərlər oyananda ağzımda quruluq olurdu,mənə elə gəlirdi ki, bədən üzvlərim vüjudumdan ağır və mütənasib olmayan yük kimi sallanıb. Zəifliyimdən utanırdım. Xüsusilə, öyüməyə başladığım vaxtlarda daha çox sıxılırdım. Həyatda ilk dəfə idi ki, başıma belə bir iş gəlirdi. Birdən ağzım öz-özünə dolmağa başladı, mən ağzımdakıları udmağa çalışdım, dodaqlarımı bərk-bərk sıxıb əlimlə tutdum, anjaq birdən qusmaq hissi mənə güj gəldi və mədəmdəki möhtəviyyatın hamısı barmaqlarımın arasından axaraq yerə töküldü. Binaya söykənərək, ayaqlarımın həndəvərinə axmış qusuntuya baxdım, mədəmdən şəffaf rəngli selik gəlirdi.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Aygun88
Salam. 
Men bu kitabın pdf formatını axtarıram. Necə əldə edə bilərəm? 
  • 12 noyabr 2019 09:47
  • Status: İstidafəçi xətdə deyil