KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Aqata Kristi Mavi Qatarın Sirri


Şeçilmişlər Aqata Kristi Mavi Qatarın Sirri

Aqata Kristi Mavi Qatarın Sirri PDF
ADI:
Mavi Qatarin Sirri
REYTİNQ:
  • +345
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
1.88 MB

Erkül Puaro qatarla Riveruya yola düşür. Bu qatarda, miras aldıqdan sonra qış tətilini ilk dəfə İngiltərədən kənarda keçirmək niyyətində olan Ketrin Qrey də gedir. O, burada amerikalı milyonerin yeganə varisi, sevgilisi ilə görüşmək üçün ailəsini aldadıb evdən gedən Rut Ketterinqlə tanış olur. Ertəsi gün Rut kupedə öldürülmüş vəziyyətdə tapılır. Nə vaxtsa İmperatriçə Yekaterinaya məxsus olan qiymətsiz yaqutların oğurlandığı məlum olur. Bütün bunlar Puaronu axtarışlara başlamağa vadar edir...


“Ağsaçlı adam”

Gecəyarısına yaxın Konkord meydanından ağır xəz paltolu bir kişi keçdi. Onun yerişində və duruşunda zahirən etibarlı görkəmi ilə heç cür uzlaşmayan inamsızlıq, qətiyyətsizlik hiss olunurdu.

Siçovula oxşayan balaca adam... Ona baxdıqda siz elə hesab edərsiniz ki, o, elə də əhəmiyyətli birisi deyil, lakin belə düşünərək siz çox səhv etmiş olardınız: ilk baxışdan görkəmsiz görünən,

heç nə ilə fərqlənməyən bu adam bəşəriyyətin taleyində əhəmiyyətli rol oynayırdı. Siçovulların idarə etdiyi imperiyada o, kral idi.

Elə indi də səfirlikdə onun yolunu gözləyirdilər.

Lakin bu adamın səfirliyin bixəbər olduğu daha əhəmiyyətli başqa bir işi də vardı. Sayrışan ay işığı altında onun solğun bənizində qarmağa bənzər burnu aydın seçilirdi.

Polyak yəhudilərindən olan atası günəmuzd işləyən dərzi idi.

Oğlunu bu gecəyarısı evdən çıxmağa vadar edən iş, çətin ki, atasının ürəyincə olardı. Adam Senaya çatdı, körpünü keçdi və Parisin pis ad çıxarmış məhəllələrindən birinə gəlib çıxdı. O, qədimdən qalma hündür bir evin yanında

dayandı və dördüncü mərtəbəyə qalxdı. Qapını döyərkən gözləməli olmadı: qapını həmin an bir qadın açdı. Görünür, o, bu adamı gözləyirmiş. Onunla salamlaşmadan qadın xəz paltosunu soyunmaqda ona kömək etdi və zövqsüz döşənmiş qonaq otağına apardı. Qalın toz qatı örtmüş çilçırağın işığı yandı və onun tutqun işığı monqoloid cizgili qadının geniş yanaqlarını və kobud makiyajını aşkara çıxardı. Olqa Demidova adlandırılan bu qadının nə “peşəsinə”, nə də milliyyətinə bələd olmaq o qədər də çətin deyildi.


İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

EmiLeyla
Mən bunu çox bəyəndim. Gərək hamı bunu yəni mavi qatarın sirrini oxusun.

  • 4 fevral 2017 12:13
  • Status: İstidafəçi xətdə deyil
Efqan Bayramzade
Men Bu Kitabı Mekteb Vaxtı Oxumuşdum.Heqiqeten Möhteşem Kitabdı
  • 2 yanvar 2018 12:27
  • Status:
karlosindahouse
Məsləhətlidir
  • 22 sentyabr 2018 13:16
  • Status: İstidafəçi xətdə deyil
Qonaq Ruslan
  1. Bu kitabı neçə yerdən oxumağa çalışsamda ikinci fəsildə dialoqda bu yazı gəlir:Davam etmək üçün qeydiyyatdan keçməlisiniz. Xahiş edirəm bu kitabı necə bitirdiz. Mənə yazın.[spoiler][/spoiler]
  • 9 avqust 2020 13:47
  • Status: