Müəllif mühacir həyatının ağrı-acılarını yaşayan insanları Marko və Rodolfo qardaşlarının simasında ümumiləşdirir. Onlar iş tapmaq ümidi ilə İtaliyadan Amerikaya - qohumları Beatrisin evinə pənah aparırlar. Beatrisin iyrimi ildən artıq vətəndaş nikahında yaşadığı əri Eddi Karbone əvvəlcə qonaqları xoş üzlə qarşılayır və evində sığınacaq tapmaqlarına razı olur. Qardaşlar Emiqrasiya İdarəsindən xəbərsiz gəmidə işə düzəlir və qazanclarını evlərinə göndərirlər. Marko evlidir - üç övladı var. Rodolfo isə pulu olmadığından hələ evlənə bilməyib. Onların məqsədi Amerikada veyil həyat keçirmək yox, işləmək və bir müddətdən sonra vətənlərinə dönməkdir.