KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Aqata Kristi - Erkülün qoçaqlıqları


Şeçilmişlər Aqata Kristi - Erkülün qoçaqlıqları

Aqata Kristi - Erkülün qoçaqlıqları PDF
ADI:
Erkülün qoçaqlıqları
REYTİNQ:
  • +19
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
1.96 MB
Erkülün qoçaqlıqları Aqata Kristinin 1947-ci ildə yazdığı və Erkül Puaronun qoçaqlıqlarına həsr edilmiş novellalar məcmusudur. Novellalardan hər birinin süjeti Heraklın qoçaqlıqları haqqında miflərdən birinə paralel surətdə qurulmuşdur. Balacaboylu, eşmə bığlı belçikalı xəfiyyə xarici görünüşcə əfsanəvi nəhəngə - Herakla bənzəməsə də onun qədər çətinliklərin öhdəsindən gəlməyə nail olur.

Erkül Puaronun mənzilində hər şey müasir dəbə uyğun gəlirdi. Qapı və pəncərələrin dəstək və rəzələri xrom kimi parıldayır, kreslolar isə çox yumşaq olmasına rəğmən zabitəli görünüşü ilə fərqlənirdi. Bu kreslolardan birində - düz ortada təmkinlə Erkül Puaro əyləşmişdi. Onunla üzbəüz kresloda isə Puaronun ehtiyat üçün saxladığı “Şato Muton-Rotşild”dən ləzzətlə içərək Oksford Universitetinin Elmi Tədqiqat Kollecinin professoru Börton oturmuşdu. Onda təmizlikdən əsər-əlamət yox idi. Şişman, daim səliqəsiz olan bu insanın ağarmış cod saçları altında al-qırmızı və yumşaq sifəti sanki şölə saçırdı. Onun xışıltılı səslə altdan-altdan gülməyi və ətrafda hər şeyi külə bulaşdırmaq kimi vərdişi vardı, odur ki, Puaro nəzakətlə külqabını ona tərəf itələsə də faydası olmadı.
- Lütfən söyləyin, Puaro, - deyə təkidlə dedi, - niyə məhz Erkül?
- Siz mənim xaç adımı nəzərdə tutursunuz?
- Bunu xaç adı hesab etmək çətindir. Bəs belə qeyri-adilik haradandır? Ata fantaziyasıdır? Ana inadıdır? Ailəvi ənənədir? Axı səhv etmirəmsə, yaddaşım əvvəlki kimi iti olmasa belə, sizin Axill adlı bir qardaşınız da vardı...
Puaronun yaddaşı Axill Puaronun karyerasının təfərrüatlarına qayıtdı. Həqiqətənmi, belə bir şey baş vermişdi?
- Olub, amma az müddətdə, - Puaro gülümsəyərək cavab verdi.
Professor Börton nəzakətlə mövzunu dəyişdi.
- Yaxşı olar ki, insanlar övladlarına ad verəndə diqqətlə seçsinlər, - deyə o,
düşündüklərini ucadan dilə gətirdi. - Bax mənim xaç qızlıqlarımdan birinin adı Blanş idi, amma qız çox qara idi, eynilə qaraçı qızları kimi! Bir başqasına isə Dərdli Derdre adı vermişdilər, halbuki şəxsən mən ömrümdə onun qədər şən insan görməmişəm! Peyşens adı verilən qıza isə, mən deyərdim, gərək ona Kəmhövsələ adı veriləydi, vəssalam!
Dianaya gəldikdə, - qoca klassika alimi ürpəşdi, - bəli, Diana adlı bu qızın yaşı on beş, çəkisi isə indi on iki stoundur (76 kq). Valideynləri deyirlər ki, bu, uşaqlıq şişmanlığıdır, hərçənd mən buna tam əmin deyiləm. Bax belə işlər, Diana! Onlar qıza Helen adı vermək istəyirdilər, amma burada da mən sipər oldum. Belə ata-ana ilə gözəl Helen adı səsləşmir! Əslində, qızın nənəsi də elə bir gözəlliyə malik deyil. Onları uşağa Marta, yaxud Ketrin adı vermələri üçün dilə tutmaqdan, az qala, səsim batmışdı, amma mümkün oldumu?! Valideynlər də lap möcüzədirlər... Gülməkdən professorun dolu çöhrəsi qırışdı.
Puaro zənlə ona baxırdı.
- Sizə bir fantastik əhvalat danışacağam: Atanız və rəhmətlik missis Holms oturub düyməsiz uşaq köynəyi tikə-tikə sizə ad vermək üçün məsləhətləşirlər: Axill, Erkül, Şerlok, Maykroft...
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Səlim Mahmudov
Ay Allah saxlamış kitabı bura qoyanda onu necə yükləmək i də ora qoyda kitabı yükləyə bilmirik



  • 1 iyun 2020 21:54
  • Status: