İngilis yazıçı və Nobel Mükafatı Laureatı Ser Uilyam Jerald Qoldinq (org. Wiliam Gerald Golding ) 40 illik ədəbiyyat yaradıcılığında 12 roman qələmə alsa da,onun dünya çapında məşhurlaşmasına səbəb olan əsəri “Milçəklər Kralı” (org.Lord of Flies) əsəri olmuşdur.Əsər eyni zamanda müəllifə 1983-cü ildə Nobel Mükafatını qazandırdı.
“Milçəklərin Tanrısı”, günümüzdə bir atom müharibəsi zamanı, kimsəsiz bir adaya düşən bir qrup məktəbli uşağın, gəldikləri dünyanın bütün adət və ənənələrindən uzaqlaşaraq, insan yaradaılışının təməlindəki qorxunc bir gerçəyi ortaya qoymalarını dilə gətirir. Mövzusu R.M.Ballantyne-nin Mərcan Adası kimi kimsəsiz bir mərcan adasının cənnətini təcəssüm etdirən mühitdə başalayan bu roman, çağdaş cəmiyyətlərdəki çöküntünün, insan yaradılışındaki köklərini göz önünə gətirmək məqsədi ilə Mərcan Adasındaki duyğusal hadisələrdən də fərqli süjet xəttinə malikdir. İnsan ürəyinin dərinliyində yerləşən qaranlığı deşərkən “Milçəklərin Kralı” daha çox Conradın qısa romanı “Qaranliğin Ürəyi”-ni andırır. Qoldinqin romanındaki uşaqlar da başlanğıcda eyniylə Kurt kimi, toplumun təzyiqindən uzaq bir örnək sistem qurmaq istərlərkən, get-gedə heyvanlaşır, qorxunc bir xarakterə sahib insana çevrilirlər. Bu hissədən sonra “Milçəklər Kralı” əsərinin süjet xətti yuxarıda sadaladığımız əsərlərdən kəskin şəkildə fərqlənərək daha da axıcı bir əsərə çevrilir. Qoldinq bu əsəri ilə kimsəsiz adanın yaşayışının çətinliklərini, kədərini və ya xoşbəxtliyini anmağı deyil, daha çox, insanlığın düşdüyü mühiti, fərdlər arasındaki mübahisələrin hansı nəticələrə gətirib çıxardığını bizlərə göstərməyə çalışır.
Milçəklərin Kralı : Əsər britaniyalı bir qrup uşağı nüvə müharibəsinin təsirindən qorumaq üçün daşıyan təyyarə kimsəsiz adaya düşməsi ilə başlayır. Ralph, xoş xarakterli və iti ağıla sahib bir uşaqdır. Böyüklərin təzyiqindən uzaqda öz hallarında yaşayacaqlarını düşündükcə xoşbəxt olur. Ən başda onlara nə etməli olduqlarını söyləyəcək bir kimsə yoxdur. Donuzcuq ləqəbli kök və eynəkli uşaq isə tam tərsinə qorxu içindədir. Lakin Donuzcuq adaya düşən uşaqların içində ən məntiqli düşüncəyə sahib olan tək uşaqdır. Adadan necə xilas olacaqlarını düşünməkdə və adada neçə kişi olduğunu təyin etmək və bir iş bölümü etmələrinə inanar. Bunun üçün təyyarədən sağ qurtulan hər kəsin toplanması lazım gəlir. Ralph ilk başda bir o qədər də ciddiyə almasa da Donuzcuqun dediyi kimi təyyarədən sağ qurtulan hər kəsi adanın bir hissəsinə toplayır.
Uşaqlarla vaxt itirmədən bir iclas keçirilir və bu zaman hər kəsə danışması üçün zaman ayırırlar.
Beləcə iclasın demokratik norma və qaydalara uyğun şəkildə keçirilməsi təmin olunur. İclasda Ralphı başçı seçilir. Bu qərar Jackin heç xoşuna getmir. Jack kilsənin başçısı təyin olunru və öz qrupuna liderlik etməyə başlayır. Jack və qrupu həyatda sağ qalmaq üçün ovçuluqla məşğul olmağı müdafiə etsə də, Ralph və Donuzcuq isə davamlı olaraq yanan və tüstüləyən bir alovun olmasını, bunun nəticəsində də gəmilərin onları görərək xilas etməsi qərarını müdafiə edirlər. Aralarında baş verən bu anlaşılmazlıq səbəbi ilə adada liderlik bölgüsü aparılır. Jack və qrupu ovçuluqla bağlı mövzulardan, Ralph və qrupu isə düzəni saxlamaqda vəzifəli olur.
Adanın ən yüksək yerinə ocaq qalanmasına qərar verən uşaqlar, bu vəzifəni Jack və qrupuna tapşırırlar. Ovçuluqla məşğul olarkən ocağı da yoxlaya biləcəklərini düşünürlər. Jack çox istəməsə də bu vəzifəni qəbul etmək məcburiyyətində qalır. Yatma üçün yer hazırlanması, meyvələrin toplanması kimi vəzifələr isə Ralph və digərlərinin öhdəliyinə düşür. Ancaq heç kim Ralph, Donuzcuq və Simona köməklik göstərmir. Adadaki digər uşaqlar sürətli olaraq dənizə girərək heç bir işə köməklik göstərməməkdə qərarlıdırlar. Xilas olmaq yolllarını düşünməməkdə, böyüklərin və qanunların olmadığı bu adada yaşamaq düşüncəsi onları xoşbəxt etməkdədir.
Jack və qrupunun ovçuluqla məşğul olduğu bir gün sahildən bir gəmi keçir. Ancaq ocaq söndüyü üçün gəmi ekipajı adada birilərinin olduğunun fərqinə varmır. Bundan sonra Raplh və Donuzcuq həmin dəqiqə dağın təpəsinə çıxaraq Jack ilə üzləşirlər. Ralph adadad daim yanan bir ocağın vacibliyini başa salarkən Jack ona fikir verməyərək ovladığı donuzdan bir tikə almasını söyləyir. Ancaq aralarındaki mübahisə artıq başlamışdır.
Tam bu sırada kiçik uşaqlar ilan kimi bir canavardan bəhs edirlər.Hər nə qədər Jack və Ralph onlara inanmasa belə, onların da canına vahimə düşür. Bir gecə dağın təpəsinə ölü bir paraşütçü düşür və küləyin təsiri ilə paraşüt şişib hərəkət edir. Uşaqlar bunun qorxduqları canavar olduğuna əmin olurlar. Jack və Ralph nə qədər qorxsalar da dağa dırmanaraq canavara baxmağın ən doğru qərar olduğuna inanırlar. İkisi də qorxduğunu bir-birinə etiraf edə bilməz, özlərini ən güclü olaraq göstrəmək istəyirlər. Dağın başına çatan Ralph və Jack artıq canavarı inkar edə bilmirlər və qorxudan sürətlə sahilə doğru qaçmağa başlayırlar. Bir daha heçbir uşaq dağa getmir, bu səbəblə də adanın ən hündür nöqtəsində ocaq yandıra bilmirlər. Ocağın sahildə qalanmasını düşünən Ralph və Donuzcuq bu qərarı səsverməyə qoymaqda uğurlu ola bilmirlər.
Canavarın qəbul edilməsi ilə birlikdə Jack və Ralphın münasibətlərindəki ziddiyyətlilik artır. Jack Ralphın adanı qoruya bilməyəcəyini iddia edir və onu qorxaqlığına görə günahlandırır. Özünün ovçuluq qabiliyyətləri vasitəsi ilə hamını qoruya biləcəyini iddia edir və özünə aid ayrı bir qrup toplamaq istəyir. Başlanğıcda ona haqq verməsələr də adadan ayrıln Jack meşəyə üz tutur. Böyük uşaqların hamısı və kiçiklərdən bəziləri Jackın üzü boyalı vəhşi qəbiləsinə qatılır. Bununla da demokratik sistem yaratmaq istəyi yerlə bir olur. Donuzcuq və Simon Ralphı tərk etməzlər və onun liderliyini davam etdirməsini istəyirlər. Ralph Donuzcuğun zəkasının fərqinə varır və liderliyi onun köməkliyi ilə davam etdirə biləcəyini başa düşür.
Adada canavar olduğuna sadəcə Donuzcuq və Simon inanmır. Simon bunu təsdiqləmək üçün dağın təpəsinə dırmanır və canavar hesab etdiklərinin ölü bir paraşütçü olduğunu başa düşür. Bu xəbəri vermək üçün həmin dəqiqə meşəyə qaçır. O sırada Jack və qrupu yenə bir donuz ovlamış vəonu yeməklə məşğul idilər. Simon bir anda özünü bu qəbilənin yaratdığı dairənin içində tapır. Jack və qrupu Simonun bir anda canavar olduğunu zənn edib, qan tökmək istəklərinə məğlub olaraq onu vəhşicəsinə öldürürlər. Artıq adada yaxşı və pis deyə bir anlayış mövcud deyil. Jack və qrupunun Donuzcuğun eynəyi çalması ilə adada vəziyyət kritik həddə çatır. Haqqını tələb edən Ralph və Donuzcuğu diqqətə alınmır və Donuzcuq adanın ən pis adamı elan olunaraq Roger tərəfəindən öldürülür.
Artıq Ralphın ardınca qaçmaq üçün ov başlanır və bütün adanı yandırmağı qərara alırlar. Ralph tutularsa Jack və digərləri tərəfindən öldürələcəyinə əmindir. Ralph üçün hər şeyin bitdiyi bir vaxtda dumanı görən bir donanma gəmisi adaya yan alaraq Ralphı ölümdən və digər uşaqları adadan xilas edir.
Milçəklərin Kralı saf və təmiz olan uşaqların belə nə qədər vəhşiləşə biləcəklərini, hirslərinin əsiri ola biləcəklərini göstərir. Hər insanın içində həm yaxşılıq, həm də pislik mövcuddur. Zamanla insanlar içində olan bu iki mövhumdan birinə doğru meyl edirlər. Sorğulamağı və düşündürməni təmin edən Milçəklərin Kralı bəsit bir uşaq ədəbiyyatı nümunəsi görünsə də daxilində daha çox şey olan dəyərli dünya ədəbiyyatı incilərdən biridir.
Romanın elektron versiyasını aşağıdakı e-keçiddən yükləyə bilərsiniz.
http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1609-uilyam-qoldinq-secilmis-eserleri.html