1846-cı il, gənc Fyodor, ilk romanı “Bədbəxt İnsanlar”-ı (org. Бедные люди) tamamlayar-tamamlamaz ev yoldaşı Grigoroviçə oxudur. Grigoroviç əsəri mütaliə edərkən o qədər həyəcanlanır ki, bir neçə dəfə qalxıb Fyodoru qucaqlamaq istəyir. Lakin, bu hərəkətinin Fyodor tərəfindən bəyənilməyəcəyini bildiyi üçün sakit şəkildə oturur. Grigoroviç, səhəri gün romanı yazaraq Nekrasova aparır. Kitabın təsiri altına düşən Nekrasov da öz növbəsində Belinskiyə “Yeni Qoqol dünyaya gəldi” deyərək, əsərə onun da göz gəzdirməsini istəyir. Nekrasov axşam yenidən Belinskiyə baş çəkdikdə onu həyəcan içində görür; “Harada qaldınız? Dostoyevski indi haradadır? Gəncdir? Neçə yaşı var? Yubanmadan onu mənim yanıma gətirin!”
Belinskinin evinə gətirilən 23 yaşında olan gənc yazar daha sonralar olanları belə xatırlayır: “Budur, məni onun yanına apardılar. Belinskinin əsərini bir neçə il öncə həyəcanla oxumuşdum, amma mənə sərt və ürküdücü bir əsər təsiri bağışlamışdı. Mənim “Bədbəxt İnsanlar”-mı məsxərəyə qoyacaq deyə düşünürdüm. Məni çox hörmətli və başı aşağı şəkildə qarşıladı, amma daha bir dəqiqə belə keçməmiş hər şey tamamən başqa şəkil aldı. Alovlu gözləri ilə danışaraq mənə təkrar-təkrar ”Siz özünüz başa düşürsünüzmü?” deyə müraciət edirdi. Sonra yenidən səsinin tonunu yüksəldərək “ Nə yazdığınızı özünüz başa düşürsünüz?” deyə təkrarlayırdı. Ola bilməz, sizin kimi bir gəncin bunları başa düşməsi qeyri-mümkündür. Həqiqəti kəşf etmiş və bir sənətçi olaraq elan etmisiniz. Sizə bir istedad bəxş olunmuşdur. İstedadınızın dəyərini bilin və əmin olun ki, siz böyük bir yazar olacaqsınız.”
Belinskinin sözlərindən 171 il keçməsinə baxmayaraq, bu gün də Dostoyevskinin yaradıcılığı oxucu auditoriyası tərəfindən oxunur və sevilir. O, öz sözlərində yanılmamışdı. “Bədbəxt İnsanlar”, gənc Fyodorun dünya ədəbiyyatına bağışladığı ilk mirasıdır.
Bədbəxt İnsanlar : F.M.Dostoyevskinin “Bədbəxt İnsanlar” romanı, bu gün də sevilə-sevilə oxunan “Oxşar”,”Bəyaz Gecələr”, ”Qumarbaz”, ”Cinayət və Cəza”, ”İdiot” və.s kimi şedevrlərinin cücərməsinə zəmin yaradan toxumdur. Hər nə qədər kütlənin və insanların kirli ruhlarıyla kirləndirilmiş olsa belə, bu eyniylə belədir.
Bir qisim nəşriyyatçı gənc yaşında ən yaxşı əsərini qələmə aldığını söyləsə də, başqa bir qismi irəlidə daha böyük bir yazıçıya çevriləcəyini dedi. Xüsusi təriflərə və ciddi tənqidlərə məruz qalan bu əsər qələmə alınmasından artıq 171 il ötür.
“Bədbəxt İnsanlar”, Varvara Alekseyevna və Makar Alekseyevin arasında keçən məktub yazışmaları ilə oxucuları öz təsiri altına almağı bacarır. Alekseyeviçin kiçik otaqlarda və orada yaşayan insanlarla dolu olan mətbəxin yanındaki pərdə ilə ayrılmış otağına, pəncərənin yanında olduğunu düşündüyü bir siluetə olan sevgisi bu məktubların və həyat eşqinin tək səbəbidir.
Alekseyeviçin Nuhun gəmisinə bənzətdiyi bu kiçik pansionda pərdənin xəfifcə tərpənməsi ilə göyərçini Varvara Alekseyevanı görmək ümidi onu xoşbəxt etməkdədir. Varvaranın həyatı isə ölümlərlə zəngin olan bir dramdan ibarətdir. Məktublar intensiv şəkildə gəldikcə daha çox cəsədin sirrini gizlətdiyi bu tozlu kağızlardan ayırararaq Makar ilə bölüşür. Artıq həyatda olmayan bu cəsədlərin kimisində bir tanışlığı, kimisində xəyalları, kimisində də ümidləri uçub gedərək həyata vida etmişdir. Varvara üçün kədər bəxş edən günlər yenidən başlayır.
Varvara, atasını itirməsindən sonra anası ilə birliktə keçindiyi günlərdə yaxasını buraxmayan və qol-qanad açan etibarlı əllərin, əslində bir leşlə qidalanan qanadlı canlının pəncəsi olduğunu hər addımında hiss edir. Yoxsulluq və gücsüzlük taleyin zülmünü daima ona yükləyir.
Məktublar ardı-arası kəsilmədən gedib-gələrkən, Makar xarakteriylə Varvara xarakterinin görüşdüyünü də başa düşməyə başlayırıq. Makar ilə yaxınlaşmağa başladıqca, həyatının gənclik illərindən bu yana ölümlə örtülü olan qara taleyinin içərisində daha da səmimi məktublaşmalar başlayır. Səmimiyyətləri və dostluqları artdıqca Varvaranın kədərlərini də daxilən hiss edir ,ona ortaq oluruq.
Kitabın süjet xətti Varvara obrazının həyatına və keçmişinə köklənmiş şəkildə irəliləyir. Əsərdə olan bəzi gizlin simvollar və işarələr o zamanlar dahi Dostoyevskinin nə qədər güclü bir qələm sahibi olduğunu göstərir. ”Bədbəxt İnsanlar” adlı əsərdə Varvaranın anasının atasına ”Göyərçin” deməsi ilə Makar obrazının davamlı olaraq Varvaraya eyni xitabla müraciət etməsi Elektra kompleksini güclü bir şəkildə ifadə edir. (Elektra kompleksi qız uşaqlarının atasını anasından qısqanaraq onu bir düşmən olaraq görməsi kimi izah oluna bilər. Ziqmund Freydin psixoanalizində yer alan bu yanaşmanın köklərin Yunan mifologiyasına dayandığı fərz edilir.)
Əsəri mütailə edərkən F.M.Dostoyevskinin “Bədbəxt İnsanlar” əsərinin digər əsərlərindən fəqrli olaraq, pul qazanmaq məqsədi ilə qələmə alınmadığını özünüz də hiss edə bilərsiniz. Başa düşülməsi çətin deyil ki, bu əsər bizi, qumar və miras indeksli bir hekayə ilə qarşılaşdırmır. Makar adlı obrazın ətrafındaki hamını pisləyib, yoxsul olaraq önəm vermədiyi bir toplumda sürətli olaraq hədiyyələr aldığı Varvaranın getdikcə hüzurlanmasını, insanların özləri ilə gəzdirdikləri keçmişləri ilə get-gəl etməsini də hər səhifədə maraqla oxuyuruq.
“Bədbəxt İnsanlar” əsəri ədəbiyyat dünyasını yerindən oynatsa da, Dostoyevski küliyyatının ilk olması səbəbi ilə onun ən önəmli əsərlərindən biri hesab olunur. Amma, kim bilir bəlkə də həmin gün orada Belinskinin yerinə ölkəmizdən hər hansı bir nəşriyyatçı olsa idi, indi bəlkə də Dostoyevski, partlamış türk ədəbiyyatı nümunələrinin hökm sürdüyü mühitimizdə xatırlanmazdı belə. Hər dövrdə qərəzli tənqidçilərin və nəşriyyatçıların olduğunu var saysaq, bəllkə də bu günə qədər neçə-neçə "Dostoyevskilərin" ulduzlarının parlamamış söndürüldüyünü anlamaqda çətinlik çəkmərik.