Dünya ədəbiyyatına “Anna Karenina” və “Hərb və Sülh” kimi əsərlər bəxş edən rusiyalı yazıçı Lev Nikolayeviç Tolstoy, həyatının son otuz ilini din, dövlət, kütlə, azadlıq kimi mövzulara fokuslamış və bu mövzular çərçivəsində əsərlər yazıb-yaratmışdır. Yazıçının həyatının bu dövrünə aid olan “İnsan Nə ilə Yaşayır?” kitabında insanın yaşamasına aid həyati suallar verərkən, bu sualları yaxşılıq, pislik, həyat, ölüm, hərislik, qənaətcillik kimi anlayışlarla əlaqələndirərək, əxlaqi bir çərçivədə cavablayır. Bu ibrət verici məsələləri didaktik bir tərzdə qələmə alan Tolstoy, eyni zamanda qısa əsər yazmaq bacarığını da gözəl nümayiş etdirir.
Varlı bir ailənin uşağı olaraq dünyaya gələn Tolstoy, həyatını həqiqəti axtarmaqla keçirdi. Bu axtarış elə güclü idi ki, ona yaxınlaşa bilmək üçün yaşadığı rifah dolu həyatdan tamamən ayrılaraq yoxsul xalqın arasına qarışdı.
Bu kitabdaki hekayələr, sizin həqiqətlərlə aranızda olan əlaqənin bir başlanğıcı ola bilər.
Uca tanrı insanların bir-birindən ayrı-ayrı həyat sürmələrini deyil, birlik halında yaşamaqlarını istədiyindən, fərd olaraq öz ehtiyaclarını deyil də, bir-birlərinin ehtiyaclarını təmin edə biləcək güclər bəxş etmişdir insanoğluna. Tanrı yenicə uşaq doğmuş ananın ruhunu, ağrı hissinə məğlub olduğu üçün ala bilmədən geri dönən ölüm mələyini üç şeyi öyrənməsi üçün insan sürətinə büründürərək dünyaya göndərər; İnsanın daxilində nə olduğunu, insana nəyin verilmədiyini və insanın nə ilə yaşadığını öyrənər. Bu üç məlumatı öyrəndikdə, yəni insanı tanıyanda mələk yaradıcının sonsuz mərhəmətini də öyrəndiyi üçün təkrar onun yanına yüksələr.
Bu kitabda Tolstoy insana bir şeylər öyrədən, dərs verən bəzi hekayələr söyləyir. Əsərdən iki hekayəni sizə təqdim edirik.
“İnsan Nə İlə Yaşayır?” : Simon adlı bir şəxs ailəsi ilə kiçik bir qəsəbədə yaşayırdı. Vəziyyətləri o qədər də ürək açan deyildi. Qış gəlmişdi və isinmək üçün bir dəriyə ehtiyacları vardı. Simonun sənəti ayaqqabı təmir etmək idi. Dərini ala bilmək üçün yetəri qədər pulu yox idi. Borc verdiyi kəndlilərdən pulunu geri ala bilsə, dərini də ala biləcəyini düşündü. Lakin kənddəki insanlar Simona pullarının olmadığını dedilər. Simon çox kədərləndi. Əlindəki son pula da şərab aldı. Kilsənin önündən keçərkən, çılpaq bir adam gördü. Adı Michael idi. Simon, Michaelin üstünə bir şeylər geyindirərək, onu evinə apardı. Simonun həyat yoldaşı başda tanımadığı Michaelə çox da yaxınlıq göstərmədi, amma sonra ona öyrəşdi. Michael evə gələndən ilk dəfə gülümsəmişdi. Simon buna çox təəccübləndi. Sonra Michael Simonla birlikdə ayaqqabı təmir etməyə başladı.
Bir gün dükanlarına girən bir şəxs, ayaqqabı təmir etdirmək istədi. Michael adama baxraq ikinci dəfə gülümsədi. Michael olduqca çalışqan idi və ustasını üstələməyə başlamışdı. Lakin bu adama ayaqqabı yerinə tərlik tikdi. Simon bunu görəndə şagirdinə hirsləndi. Birazdan adamın köməkçisi dükana gələrək adamın öldüyünü və ayaqqabının yerinə tərliyin tikilməsini istədi. Simon və arvadı buna çox təəccübləndilər.
Başqa bir gün isə Simonun evinə əkiz qızları olan bir qadın gəldi. Michael bunu görəndə üçüncü dəfə gülümsədi. Qadın, Simonun arvadına bu qızların öz övladları olmadığın dedi. Qızlar üçün ayaqqabı tikdirmək istədi. Michael qadın gedəndən sonra birdən mələk şəklinə girdi. Simon və arvadı bunu görəndə şok oldular. Micahel, əslində insan deyil mələk olduğunu və tanrıya qarşı gəldiyi üçün cəzalandırıldığını söylədi. Tanrının, həqiqəti görməsi üçün və bəzi sualların cavabını tapması üçün onu dünyaya göndərdiyini dedi. Və artıq özü o sualların cavablarını tapmışdı.
Simonun həyat yoldaşının ona mərhəmətli davranması ilə sevgini anladığını, varlı adam dükana girdiyində yanında dostu ölüm mələyini görərək gülümsədiyini və əkiz qızları görəndə isə insanın tək yaşaya bilməyəcəyini başa düşmüşdü. Sonra getməli olduğunu deyərək, ortadan yox oldu.
Üç Sual : Bir zamanlar ölkənin birində bir kral yaşayırdı. Bir sual haqqında düşünə-düşünə qalmışdı. Sürətli olaraq doğru vaxtda işə başlaya bilsə, kimin sözünə qulaq verib, kimdən uzaq qalmasının lazım olduğunu bilsə uğursuzluğa düçar olmayacığını düşünürdü. Bunların cavabını tapmaq üçün bütün biliciləri, alimləri yanına toplayaraq, sualı onlara ünvanladı. Lakin aldığı cavablar onu qane etmədi. Sonra başqa bir kənddə çox məşhur bir alimin yaşadığını eşitdi və o kəndə doğru yola çıxdı. Kral bilicini torpaq qazarkən gördü və beli alaraq ona kömək etmək istədi. Saatlar keçdi, bilici heç səsini çıxarmadan oturmuşdu. Kral ona hirslənib, “Suallarıma cavab verməyəcəksənsə sarayıma qayıdım.” Dedi.
O an qarnından yaralanmış bir şəxs yoldan keçirdi. Kral o kişiyə kömək etməyə başladı və yaralarını təmizlədi. Sonra yuxudan ayılan şəxs kraldan üzür istəyərək, əslində kralı öldürmək üçün saraya getdiyini, amma kralı orda tapa bilməyib buraya qayıtdığını nağıl elədi. Kral adamı bağışladı. Bundan sonra bilici üzünü krala tutaraq bunları dedi; Həyatda ən vacib zaman indidir, ən gərəkli olan kişi isə yanındaki kişi və görülməsi ən vacib olan iş isə yaxşılıqdır.