KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » A.S.Ekzüperi – “Balaca Şəhzadə” əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər A.S.Ekzüperi – “Balaca Şəhzadə” əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Balaca Şəhzadə
REYTİNQ:
  • +131
DİL:
FORMAT:

Fransız pilot və yazar, Antuan de Sent-Ekzüperi tərəfindən Nyu-Yorkda - bir otel otağında qələmə alınan “Balaca Şəhzadə” ( fr. Le Petit Prince), nəşr edildiyi vaxtdan bu günə kimi milyonlarla insanın qəlbini fəth etməyə davam edib. Balaca Şəhzadənin yaşadıqlarını başa düşür, kədərlərinə kədərlənir, dediklərinə haqq veririk. Planetdəki bir çiçəklə mübahisə etdiyi üçün biraz uzaqlaşmağa qərar verən, səyahəti zamanı Dünyanı da ziyarət edən Balaca Şəhzadə, Səhra Çölündə bir pilotla qarşılaşır. Olub bitənləri də bizə məhz bu pilot nağıl edir. ”Balaca Şəhzadə kimdir?”, ”Niyə davamlı olaraq suallar verər?”, ”Çiçəyi ilə niyə mübahisə etmişdir?”, ”Getdiyi digər planetlərdə kimlərlə qarşılaşmışdır və nələri öyrənmişdir?” kimi suallarınıza əsərin məzmununu oxuyaraq qismən də olsa cavab tapa bilərsiniz. Bu hekayəni oxuyarkən, Balaca Şəhzadənin yaşadıqlarını və öyrəndikləri vasitəsi ilə həyatımıza yenidən göz gəzdirib, həyatı dərk etməkdə necə də böyüdüyümüzü başa düşürük. Balaca Şəhzadənin dediyi kimi; Böyüklərə həmişə hər şeyin açıqlamasını vermək gərəkir. Janr olaraq uşaq ədəbiyyatı hesab olunsa da, bu əsər hər dövrdə istər böyük, istərsə də kiçik oxucu auditoriyasını təsiri altına almağı bacarmış, həqiqətiləri anlamaqda onlara köməkçi olmuşdur.

Təkidlə uşaq kitabları ilə eyni bir rəfə qoyulsa da, hər insanın həyatının fərqli dövrlərində mütləq oxuması vacib olan bir kitabdır. Əsərin müəllifi fransız Antuan de Sent-Ekzüperi, İkinci Dünya Müharibəsində təyyarəsi vurularkən həlak olmuşdur. Yazıçı bu əsəri İkinci Dünya Müharibəsinin davam etdiyi bir dövrdə yazmışdır.

Balaca Şəhzadə : Əsər, Səhra Çölünə düşən bir pilotun Balaca Şəhzadə ilə qarşılaşması ilə başlayır. Balaca Şəhzadənin öz planetindən ayrılaraq gəzib-gördüyü altı planetdəki tipik həyat şəraitlərinin müqayisəsi aparılır.

Kitabı başa düşmək çox asandır. İnsanların hamısı uşaqlıq anlarından kiçik parçalar daşıyır. B612 planetindən gəlib, bizə dünyanın əslində necə bir yer olduğunu başa salan bu sevimli dost, əminəm hər oxucuya fərqli hisslər bəxş etmişdir. Məsələn böyüklərə. Böyüklərin uşaqları anlaması mövzusunda, nə qədər bacarıqsız olduğunu anlamağımıza köməkçi olur bu əsər. ”Böyüklər heçnəyi özləri başa düşə bilməzlər. Onlara davamlı olaraq hər şeyi başa salmaq da uşaqlar üçün çox yorucudur.” cümlələrinin açıqlamasını vermək üçün əlavə sözə ehtiyac yoxdur məncə.


“...gözəlsiniz, amma boşsunuz deyə əlavə etdi. Kimsə sizin üçün canını fəda etməz. Buradan keçən hər hansı bir yolçu, mənim gülümün sizə bənzədiyini hesab etsə belə, o təkcə sizin topunuzdan daha önəmlidir. Çünki, küləklərdən qoruduğum odur, kəpənək olsun deyə buraxdığım bir neçə tırtıllar istisna, bütün tırtılları onun üçün öldürdüm. Çiçəklənməsinə, hətta susmasına belə qulaq verdiyim odur. Çünki o, mənim gülümdür..”

“...eyni saatda gəlməyin daha yaxşı olar” dedi tülkü. ”Məsələn sən günortadan sonar dörtdə gələcəksənsə, mən saat üçdə xoşbəxt olmağa başlayaram. Xoşbəxtliyim hər dəqiqə artar. Saat dörtdə artıq sevincdən və maraqdan dəli olaram..”

“Bir ulduzda yaşayan bir çiçəyi sevsəniz, gecələri ulduzlara baxmaq xoş olar və gecələr göy üzünə baxarsınız. Hər şeyin çox kiçik olduğu planetimi sizə göstərə bilmərəm. Bəlkə belə daha yaxşıdır. Ulduzum sizin üçün hər hansı bir ulduz olsun. Beləcə səmadaki bütün ulduzlara baxmağı sevəcəksiniz..”


Kitabın Azərbaycan dilində elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.
http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1391-antuan-de-sent-ekzuperi-balaca-sahzade.html
Emin Mürsəlov
BU KİTAB MƏNİM ƏN ÇOX SEVDİYİM KİTABLARDAN BİRİDİR AMMA VƏ LAKİN PDF OLARAQ YÜKLƏMƏK OLMUR SİZDƏ ARTIQ DƏRƏCƏDƏ XAHİŞ EDİRƏM BUNA NƏZƏR YETİRİB DÜZƏLDƏSİNİZ
  • 20 sentyabr 2020 12:32
  • Status:
Qonaq No name
Bi əsər həqiqətən də hamının oxumalı olduğu əsərlərdəndir.Səbəbi isə müxtəlif ola bilər .Məsələn,mən bu cür fikirləşirəm: bu povest insanlara "gizli" mesajlar verir.Həyatın mənadını fəlsəfiklikə izah edir.Cild- cild romanlara bərabərdor bu balaca povest :)
(Ümid edirəm ki,şərim faydalı oldu)
  • 15 iyul 2022 23:42
  • Status: