KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Con Steynbek – Siçanlar və Adamlar əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Con Steynbek – Siçanlar və Adamlar əsəri ilə tanışlıq və məzmunu

ADI:
Siçanlar və Adamlar
REYTİNQ:
  • +44
MÜƏLLİF:
DİL:
FORMAT:

Pulitzer və Nobel mükafatı laureatı, amerikalı məşhur yazıçı Con Steynbekin “Qəzəb Üzümləri” ilə yanaşı tanınan digər əsəri “Siçanlar və Adamlar” (ing. Of Mice and Men), iki dostun dramından bəhs edir. Dövrümüzün kütləvi və insani məsələlərini ustalıqla təsvir edən Con Steynbekin əsərləri, modern dünya ədəbiyyatı nümunələrinin ilk sıralarında öz yerini alır.

1937-ci ildə nəşr edilən və çox müzakirə olunan roman, zamanla oxunması ən vacib olan əsərlər siyahısında öz yerini tutmağı bacardı. Hələ də mübahisələrə səbəb olan və bəzi ölkələrdə qadağan olunan kitab, öz adını bir şeirdən almışdır. Belə ki, müəllif Robert Burnsun şeirindən bir misranın təsiri ilə əsərə bu adı seçmişdir.

“ ..Siçanlar və Adamların ən yaxşı planları daima tərs gedər..”

Siçanlar və Adamlar əsərində bir-birinə zidd xarakterdə olan iki obraz - George Milton və onun qüvvətcə güclü olan, amma əqli problemləri olan dostu Lennie Small-dan söhbət açılır. Kiçik torpaq sahəsi alaraq normal bir həyat yaşamağın xəyalını quran bu ikilinin hekayəsində, dostluq və sədaqət hissi vacib bir yer tutur. Steynbek bu əsərində, insanın insanla münasibətini qələmə almaqla yanaşı, kütləvi münasibətlərdən də söz açır.


Siçanlar və Adamlar: Əsərin iki obrazı Lennie və George bir-birinə qardaş kimi yaxındırlar. Lennie uzunboylu və çox qüvvətli biridir. George isə ağlı başında, Lennie-yə göz-qulaq olan biridir. Lennienin etdiyi hərəkətlərə görə başları sürətli bəlaya girən dostlar, davamlı olaraq səyahət etmək məcburiyyətində qalırlar. Ən böyük xəyalları, lazımi qədər pul vəsaiti toplayaraq özlərinəkiçik bir torpaq sahəsi almaq və həyatlarını qalan hissəsini orada yaşamaqdır. Lennie xüsusilə dovşanının olmasını çox arzu edir. Lennienin ən  böyük zəifliyi gözəl və zərif  şeyləri çox sevməsidir. Dovşanı da bu səbəbdən arzulayan Lennie, daima cibində ölü siçan gəzdirər.

Son olaraq baş verən hadisədən sonra Lennie və George yeni bir təsərrüfat sahəsində işləməyə başlayırlar. Lakin, təsərrüfatın sahibinin oğlunun boyu uzun olan insanları heç xoşlamır. Bu səbəbdən ilk gündən boyu uzun olan Lennieyə sataşmağa başlayar. Lakin onların əhvalını korlayan başqa bir səbəb də vardır. O da təsərrüfat sahibinin gözəl həyat yoldaşıdır. Qadının gözəlliyi ilk gündən Lennieni öz təsiri altına alsa da, George Lennieyə ondan uzaq olmasını tapşırır.

George şəxsiyyəti ilə, Lennie isə gücü və çalışqanlığı ilə hər kəsin rəğbətini qazanır. Təsərrüfatda bir əlini itirmiş Candy adlı başqa bir işçi də vardır. Eyniylə özü kimi iti də çox qocadır və bu səbəbdən heç kim itin təsərrüfatda qalmasını istəmir. Bir gün Candynin yoxluğundan istifadə edərək itini öldürürlər. Candy çox sevdiyi itində öz gələciyini görür və bir gün onu da təsərrüfatda istəməyəcəklərini anlayır. Təsadüfən Lennie və Georgun planlarını eşidən Candy, topladığı pulu ortaya qoyaraq onlara qatılmağı qərara alır...

İşlər öz qaydasında gedərkən Georgun qorxduğu başına gəlir. George təsərrüfatda olmayan zaman qadın Lennienin ziyarətinə gəlir. Lennie qaçmaq istəsə də, sadəcə söhbət etmək istəyən qadın onu öz təsiri altına alır. Yumuşaq şeyləri xoşladığını eşidən zaman, Lennienin saçlarını oxşamasına icazə verir. Lennie özünü itirərək qadını buraxmaq istəmir. Qadın yüksək səslə qışqırıb qaçmaq istəyəndə, Lennie daha çox qorxaraq yanlışlıqla qadının boynunu qırıb öldürür. Pis bir şey etdiyini başa düşən Lennie qaçmağa başlayır. Təsərrüfat sahibinin oğlu da bütün işçilərlə onun arxasınca düşür.

Hər şeydən çox reallaşdırılması çox da uzaq olmayan xəyallarını itirdiyini düşünən George, Lennie olmasa həyatının necə olacağını təsəvvür edir. Təsərrüfatda çox qala bilməyəcəyini başa düşərək, Lennieni hər kəsdən öncə tapır. Ona ikisinin xəyyallarından bəhs edən George, o danışarkən Lennienin ətrafa baxaraq xəyallarını təsəvvürünə gətirməsini istəyir. Lennie ona deyiləni edər. George Lennienin arxasına keçərək ,edilməsi lazım olanı edir...

George, bir az qarşıdan gələn səsləri dinləyirdi. Bir an işlə məşğul olanların ciddiyyətinə büründü.

“Dərənin o biri tərəfinə bax Lennie,” dedi.

“Danışdıqlarımı orada görürmüş kimi olacaqsan.”

Lennie başını çevirdi və Gabilan dağlarının basdırılmaq üzərə olan yamaclarına baxmağa başladı.

“Kiçik bir yerimiz olacaq” deyərək başladı George. Əlini yan cibinə salaraq Carlson Luger markalı tapancasını çıxardı.

Tapancanın qoruyucusunu çəkib, onu Lennienin tam arxasında torpağa qoydu.

“Lennienin başının arxasına - onurğasıyla kəllə sümüyünün birləşdiyi yerə baxdı.

Dərənin aşağısından səslənən bir adam, sonra da ona cavab verən bir digərinin səsi eşidildi.


Əsərin Azərbaycan dilində elektron versiyasını oxumaq istəyənlər aşağıdakı linkdən yükləyə bilərlər

http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/217-con-steynbek-insanlar-ve-keseyenler.html